27 Noyabr 2020 19:26
479
SİYASƏT
A- A+

İtalyan senator: İtaliya Azərbaycanla yeni istiqamətlər üzrə münasibətləri möhkəmləndirməlidir


Ermənistan tərəfindən heç bir əsası olmayan hərbi təcavüzə məruz qalan Azərbaycanın ərazi bütövlüyü Avropa İttifaqı tərəfindən tanınır və dəstəklənir.

AZƏRTAC xəbər verir ki, bunu İtaliya Senatında "İrəli İtaliya” siyasi qrupunun üzvü senator Urania Papatheu yerli mətbuata açıqlamasında bildirib.

Senator vurğulayıb ki, İtaliya müharibə başa çatandan sonra vəziyyətin mütəmadi olaraq normallaşması istiqamətində Azərbaycana kömək və dəstək göstərməlidir.

"İtaliyanın Azərbaycanda strateji maraqları cəmləşir, azərbaycanlılar İtaliyanı sevən bir xalqdır. Bu baxımdan, İtaliyanın Azərbaycanla münasibətləri yeni istiqamətlər üzrə möhkəmləndirməsi vacibdir”, - deyə Papatheu bildirib.

İtalyan senator əlavə edib ki, işğal olunmuş ərazilərin Azərbaycana geri qaytarılmasını nəzərdə tutan razılaşma İtaliya tərəfindən dəstəklənməlidir. Bu, yeni, qarşılıqlı və strateji perspektivlər baxımından yalnız başlanğıcdır.

"İtaliya yalnız neft və qazla deyil, insan resursları və mədəni sahələrdə də Azərbaycanla əməkdaşlıqda fəal olmalıdır”, - deyə italyan senator fikirlərini tamamlayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video