12:32 25 Yanvar 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Mariya Zaxarova: RF Qarabağ münaqişəsinin nizamlanması məsələsi üzrə Türkiyə ilə müntəzəm əlaqədədir
ANA SƏHİFƏ / SİYASƏT
19:25 27.11.2020

Rusiya Qarabağ münaqişəsinin nizamlanması məsələsi üzrə Türkiyə ilə müntəzəm əlaqədədir.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

O deyib: "Türkiyə ilə qarşılıqlı fəaliyyətimizə gəldikdə, bu əlaqələr müxtəlif istiqamətlərdə aparılır. Buraya həm siyasi-diplomatik əlaqələr, həm hərbçilərimiz arasında əlaqələr aiddir. Sözsüz ki, əlaqələrin vektoru regionda vəziyyəti müzakirə edən dövlət başçıları tərəfindən müəyyən olunur”.

RF XİN-in rəsmi nümayəndəsi Rusiya Prezidenti Vladimir Putinin bu yaxınlarda "Rossiya-1” telekanalına verdiyi müsahibəni xatırladıb. Prezident həmin müsahibəsində qeyd edib ki, Rusiya və Türkiyənin problemlərə müxtəlif baxışları olur, haradasa yanaşmalar üst-üstə düşmür. Lakin tərəflər təkcə ikitərəfli münasibətlər kontekstində deyil, həm də regional sabitlik kontekstində qarşılıqlı fəaliyyətin faydalı ola biləcəyi təmas nöqtələrini axtarırlar.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM