10:56 25 Yanvar 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Samir Şərifov: Bu bədnam qətnamə Azərbaycan və Fransa arasında uzun illərdən bəri qurulmuş əməkdaşlığa ciddi qəsddir
ANA SƏHİFƏ / İQTİSADİYYAT
19:16 27.11.2020

Erməni diasporunun və lobbisinin təsiri altında olan bir qrup senator tərəfindən Fransa Senatının Rəyasətinə Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionu ilə bağlı təqdim olunmuş qətnamə layihəsinin noyabrın 25-də müzakirə edilərək Senat tərəfindən qəbul olunmasını kəskin pisləyir, bu təxribatçı addımı Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün pozulmasına, Qarabağda sülhün deyil, müharibənin yenidən alovlanmasına rəvac verən və heç bir hüquqi əsası olmayan hərəkət kimi qiymətləndirirəm.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan-Fransa Hökumətlərarası İqtisadi Komissiyasının həmsədri, maliyyə naziri Samir Şərifov Fransa Senatının məlum qərarına münasibət bildirərkən deyib.

S.Şərifov əlavə edib ki, Fransa Senatı bu bədnam qətnaməni qəbul etməklə beynəlxalq hüququn təməl prinsiplərini, BMT Nizamnaməsini və Fransanın özünün səs verdiyi BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini heçə sayır, Fransa Respublikasının Cənubi Qafqaz regionu üzrə əsas iqtisadi-ticarət tərəfdaşı olan Azərbaycan Respublikası ilə uzun illərdən bəri siyasi, iqtisadi, ticarət, mədəni, təhsil və digər sahələrdə qurulmuş çoxşaxəli əməkdaşlığa, fransız biznes dairələrinin Azərbaycandakı maraqlarına ciddi qəsd etmiş olur və gələcəyini böyük sual altına qoyur.


NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM