11:26 25 Yanvar 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Qara orqan bazarı: İstanbulda 5 əcnəbi həbs olundu
ANA SƏHİFƏ / DÜNYA
19:05 27.11.2020

İstanbulda qanunsuz orqan alverində şübhəli bilinən 18 nəfərdən beşi həbs olunub. Bu barədə "Anadolu" agentliyi xəbər verir.

Bundan əvvəl "Etika komitəsi"nə müraciət etmiş və özlərini orqan transplantasiyasına ehtiyacı olan şəxslərin qohumları adlandırmış 18 əcnəbinin şübhəli ifadələri ilə bağlı Qaçqınlar arasında İnsan Alverinə qarşı Mübarizə İdarəsi araşdırmaya başlayıb.

Araşdırmalar nəticəsində məlum olub ki, bu şəxslərin pasiyentlərlə qohumluq əlaqələri yoxdur və əslində öz orqanlarını satmaq istəyiblər. Nigeriya, Uqanda, Gürcüstan, Rusiya, Ukrayna, Qırğızıstan və Türkmənistan vətəndaşları da daxil olmaqla 18 nəfər saxlanılıb.

Dindirildikdən sonra səkkiz nəfər azadlığa buraxılıb, 10 nəfər məhkəmə qarşısına çıxıb.

Beş nəfər barəsində həbs-qətimkan tədbiri qəbul edilib, qalan beş nəfər isə başqa yerə getməmək haqqında iltizam verib.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM