11:56 25 Yanvar 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Daha 28 şəhid ailəsi və Qarabağ müharibəsi əlili evlə təmin olundu
ANA SƏHİFƏ / CƏMİYYƏT
16:08 27.11.2020

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu gün 10 rayondan olan 28 şəhid ailəsi və Qarabağ müharibəsi əlilinə fərdi ev verilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, noyabrın 27-də Göyçay rayonunun Qəbələ Müsgürlü kəndində evlərin sənədlərinin təqdim olunması münasibətilə tədbir keçirilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov və Göyçay Rayon İcra Hakimiyyəti başçısının müavini Zivər Zeynalova mənzil alan şəhid ailələri və Qarabağ müharibəsi əlillərini təbrik ediblər. Çıxışlarda vurğulanıb ki, bu günlər ölkəmizdə Qələbə ovqatı hökm sürür. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin misilsiz şücaəti ilə 30 ilə yaxın bir müddət ərzində işğal altında qalmış torpaqlarımızın azad edilməsi hər birimizə sonsuz fərəh və iftixar duyğuları bəxş edir. Vəhşi düşmən işğal etdiyi yurd yerlərimizdə barbarcasına hər şeyi, bütün infrastrukturu məhv etsə də, dövlətimiz yenidən ərazilərdə abad, gözəl, müasir yaşayış məntəqələri, kənd və qəsəbələr, şəhərlər salacaq. Bütün torpaqlarımız azad, firavan həyatını yaşayaraq, öz doğma sahiblərinin gücü, zəhməti ilə yenidən gülüstana, abad diyara çevriləcək.

Tədbirdə yeni fərdi evlə təmin olunan şəhid ailələrinin üzvləri, müharibə əlilləri erməni faşizmini məhv edən Ordumuzun misilsiz rəşadətindən və dünya hərb tarixinə əbədi həkk olunan uğurlu hərbi əməliyyatlarından, tariximizə şanlı qəhrəmanlıq səhifəsi kimi yazılan Böyük Qələbəmizdən fərəh və qürur hissi ilə bəhs ediblər. Onlar bu parlaq Qələbəyə və həssas qruplara göstərilən yüksək qayğıya, bu gün yeni evlərlə təmin edildiklərinə görə Prezident İlham Əliyevə təşəkkürlərini ifadə ediblər.

Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov çıxışında, habelə mətbuata müsahibəsində bildirib ki, dövlət başçısının tapşırığına əsasən, 2020-ci ildə şəhid ailələri və müharibə əlillərinə rekord sayda - azı 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub və onlardan artıq böyük əksəriyyəti sahiblərinə təqdim edilib. İndiyədək isə nazirlik tərəfindən 8451 mənzil və fərdi ev bu kateqoriyadan olan vətəndaşlara verilib.

Tədbirdə Qəbələ Müsgürlü kəndindən yeni ev alan qazi, II qrup Qarabağ müharibəsi əlili Mürsəl Əlimüradaov öz sevincini AZƏRTAC-ın bölgə müxbiri ilə bölüşərək deyib: "Birinci Qarabağ müharibəsi zamanı Ağdam döyüşlərində minaya düşdüm və ağır yaralandım. İndi əliləm, iki övladım var. İndiyədək ata evində qalırdım. Çox darısqallığ idi. Çətinlik çəkirdik. İndi bizə üç otaqlı yeni ev tikiblər. Mən ailəmiz adından Prezidentimiz, Müzəffər Ali Baş Komandamız İlham Əliyevə minnətdaram. Mən, eləcədə bütün qazi yoldaşlarım bu gün ikiqat sevinc içərsindəyik. Qarabağımız düşməndən azad edilib. O vaxt şəhid olan yoldaşlarımızın qanı yerdə qalmayıb”.

Qeyd edək ki, bu gün şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə 10 rayonda (Göyçay, Daşkəsən, Gədəbəy, Saatlı, Kürdəmir, Quba, Salyan, Şəmkir, Qazax, Ağdaş) fərdi evlər təqdim edilib.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM