00:54 25 Yanvar 2021
ONLINE XƏBƏR LENTİ
00:35 24.01.2021

Xalq artisti Eldar Quliyevə


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Türkiyənin Ombudsman təsisatı Ermənistanın Azərbaycana qarşı müharibə cinayətlərinə dair xüsusi hesabat hazırlayıb
ANA SƏHİFƏ / SİYASƏT
13:26 27.11.2020
Türkiyə Respublikasının Ombudsman təsisatı Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi müharibə cinayətləri ilə bağlı xüsusi hesabat hazırlayıb.

AZƏRTAC xəbər verir ki, "Ermənistan-Azərbaycan müharibəsində Ermənistan silahlı qüvvələri tərəfindən insan haqlarının pozulması ilə bağlı hesabat” adı ilə təqdim olunan sənəd təcavüzkar Ermənistanın 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycanda dinc əhaliyə, yaşayış məskənlərinə və mülki infrastruktura qarşı həyata keçirdiyi hərbi təcavüzə dair faktlar, o cümlədən raket və ağır artilleriya zərbələri nəticəsində yaranmış tələfat və dağıntılar əksini tapıb.

Türkiyə Respublikasının Baş Ombudsmanı Şərəf Malkoçun hesabata yazdığı təqdimatda Birləşmiş Millətlər Təşkilatı başda olmaqla insan haqlarını qorumaq məqsədilə təsis edilən beynəlxalq təşkilatların missiyası xatırlanır. Diqqətə çatdırır ki, təcavüzkar Ermənistan dünyanın gözü qarşısında Azərbaycana qarşı işğalçılıq siyasəti həyata keçirib və bu azmış kimi, davamlı olaraq təxribatlar törədərək yeni ərazi iddiaları irəli sürüb. Sentyabrın 27-də başlayan müharibənin və hərbi əməliyyatlar zamanı Azərbaycanın dinc əhalisinə qarşı törədilən müharibə cinayətlərinin birbaşa məsuliyyətini Ermənistan dövləti daşıyır. Ermənistan silahlı qüvvələrinin mülki əhaliyə qarşı məqsədyönlü hücumları nəticəsində Azərbaycanda uşaqlar, qadınlar, yaşlılar daxil olmaqla 94 dinc sakinin öldürüldüyü, 400 nəfərdən çox günahsız şəxsin yaralandığı xatırlanır. Vurğulanır ki, insan haqlarının qorunması ilə məşğul olan beynəlxalq təşkilatlar bu bəşəri cinayətə səssiz qalmamalıdırlar.

Hesabatın "Dağlıq Qarabağ məsələsi” adlı bölməsində tarixi faktlar və rəsmi sənədlər təqdim olunur. Bu bölmədə ermənilərin regiona sonradan köçürülməsi ilə bağlı məlumat da yer alıb. Azərbaycan torpaqlarının hesabına indiki Ermənistan dövlətinin yaradılması, eləcə də bu ölkənin əzəli sakinləri olan azərbaycanlılara qarşı yürüdülən etnik təmizləmə siyasəti bu bölmədə öz əksini tapıb. Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti həyata keçirdiyi, Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu zəbt etdiyi diqqətə çatdırılır. Münaqişənin həlli üçün beynəlxalq məsuliyyət daşıyan ATƏT-in Minsk qrupunun fəaliyyətinin heç bir nəticə vermədiyi vurğulanır.

"Münaqişə bölgəsindəki gündəlik vəziyyət” bölməsində Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisini və infrastrukturunu hədəfə alması barədə məlumat verilir. Burada ballistik raket və artilleriya zərbələri ilə hədəfə alınan dinc insanların hücum nəticəsində hansı acınacaqlı vəziyyətə düşmələri orijinal fotolarla təqdim olunur. Dağıntı və tələfatın göstəriciləri Ermənistanın müharibə cinayətləri barədə aydın təsəvvür yaradır. Bildirilir ki, müharibə günlərində Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində 3410 fərdi evə, 120 çoxmərtəbəli binaya və 512 mülki obyektə ciddi ziyan dəyib.

"Hücumların insan haqlarının pozulması aspektindən dəyərləndirilməsi” bölməsində 1949-cu ilin Cenevrə Konvensiyası, 1977-ci il tarixli eyni mahiyyətli protokollar, humanizm prinsipləri xatırladılır. Göstərilir ki, təcavüzkar Ermənistan üç dəfə atəşkəs barədə razılaşmanı pozaraq Azərbaycanın dinc əhalisinə qarşı dağıntı və tələfatla nəticələnən hücumlar edib. Dağıntı və tələfatın miqyası, habelə hücumların edilməsi vaxtı deməyə əsas verir ki, bütün bu hadisələr məqsədli və planlı şəkildə törədilən cinayətlərdir.

Hesabatın nəticə hissəsində Ermənistan silahlı qüvvələrinin sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycanın dinc əhalisini, yaşayış məskənlərini və mülki infrastrukturunu hədəf alan raket və artilleriya hücumlarının xronologiyası, eləcə də həmin zaman kəsiyində qətlə yetirilən və yaralanan insanların siyahısı təqdim olunub. Siyahıda qətlə yetirilən şəxslərin ad, soyad və ata adları, yaşları, onların harada və hansı formalı hücum nəticəsində öldürülmələri aydın şəkildə göstərilib.

Hesabatın əhatə dairəsi, əlavə edilən fotolar və infoqrafika üslubunda məlumatlar oxucuda ilk baxışdan mövzu ilə bağlı aydın təsəvvür yaradır. Hesabat təkcə beynəlxalq təşkilatlar və məhkəmə orqanları üçün deyil, eyni zamanda, tarix, politologiya, münaqişələrin təhlili, terror, müharibə, hərbi cinayətlər və s. sahələr üzrə araşdırmaçılar üçün də əyani vəsaitdir.

Bildirilir ki, hesabat bu həftədən etibarən Avropa İttifaqı ölkələrinin insan haqları komissiyalarına, eləcə də Türkiyədə və digər dövlətlərdə insan haqları ilə məşğul olan qurumlara göndəriləcək.

Xatırladaq ki, Türkiyə Respublikasının Baş Ombudsmanı Şərəf Malkoçun başçılıq etdiyi nümayəndə heyəti cari ilin oktyabrında Azərbaycanda səfərdə olub. Nümayəndə heyətinin üzvləri Gəncədə, Ermənistan silahlı qüvvələrinin raket hücumları nəticəsində dağılmış yerlərdə olub, yaralanan insanlarla görüşüb, törədilən müharibə cinayətinin fəsadlarını öz gözləri ilə görüblər.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM