01:40 25 Yanvar 2021
ONLINE XƏBƏR LENTİ
00:35 24.01.2021

Xalq artisti Eldar Quliyevə


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

ADA Universitetinin Aİ məsələləri üzrə Bilik Mərkəzi, İtaliyanın Berqamo və Əlcəzairin Setif 2 universitetlərinin birgə layihəsi yekunlaşıb
ANA SƏHİFƏ / ELM VƏ TEXNIKA
11:23 27.11.2020

ADA Universitetində fəaliyyət göstərən Avropa İttifaqı məsələləri üzrə Bilik Mərkəzi, İtaliyanın Berqamo Universiteti və Əlcəzairin Setif 2 Universitetinin birgə təşkilatçılığı ilə həyata keçirilən "PraNet” ("Prevention of Radicalisation Network") beynəlxalq layihəsi uğurla başa çatıb.

Bu barədə AZƏRTAC-a ADA Universitetindən məlumat verilib. Bildirilib ki, bu münasibətlə tərəfdaşlarla, müstəqil ekspertlərlə və layihədən faydalanan iştirakçılarla birgə layihənin yekunlarına dair onlayn konfrans təşkil edilib.

Ötən ilin yanvar ayından başlayan və bu ilin noyabr ayınadək davam edən layihə radikallaşma əleyhinə lazımi biliklərin ötürülməsi, sosial inklüzivliyin təmin edilməsi və deradikalizasiya siyasətinin inkişaf etdirilməsi məqsədilə həyata keçirilib. Layihənin məqsədlərindən digəri isə postuniversitet təhsili və akademik tədqiqat yolu ilə inteqrasiyanı təkmilləşdirməkdən ibarətdir.

Uğurla həyata keçirilən layihə iştirakçılara bir çox fürsətlər təqdim edib. Belə ki, 32 azərbaycanlı Berqamo Universitetində bu sahə üzrə magistr təhsili alıb, 43 yerli dövlət qulluqçusu və mütəxəssisi radikallaşma əleyhinə ixtisasartırma təlimlərində iştirak təqaüdü qazanıb. Bundan başqa, mövzu ilə bağlı kitab hazırlamaq üçün beynəlxalq tədqiqat qrupu təşkil edilib, bu ilin iyun ayında akademik sferanı təmsil edənlərin, tədqiqatçı, təcrübəçi və məzunların iştirakı ilə onlayn konfrans keçirilib, eləcə də ali məktəblərin, beynəlxalq təşkilatların və dövlət qurumlarının təmsilçiləri ilə 5 günlük seminar təşkil edilib. Layihə çərçivəsində İtaliya, Əlcəzair və Azərbaycana qarşılıqlı səfərlər təşkil edilib, həmin ölkələrdə mövzu ilə bağlı tədqiqatçı və mütəxəssislər şəbəkəsi inkişaf etdirilib.

Qeyd edək ki, təhsil, təlim və tədqiqat potensialının inkişafını hədəfləyən "PraNet” (Radikallaşma Şəbəkəsinin Qarşısının Alınması) layihəsi İtaliya Xarici İşlər Nazirliyi nəzdindəki Təhsil, Universitet və Araşdırma Nazirliyi tərəfindən həyata keçirilən təhsil proqramı çərçivəsində maliyyələşdirilib.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM