22:18 26 Yanvar 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Yeni elektron xidmət vergiödəyicilərinin işini asanlaşdırır
ANA SƏHİFƏ / İQTİSADİYYAT
01:08 27.11.2020


Xəbər verildiyi kimi, Dövlət Vergi Xidmətinin portalında yeni "Qüvvədə olan "ASAN imza” ilə yeni sertifikatın alınmasına dair müraciət” bölməsi vergiödəyicilərinin istifadəsinə verilib.

AZƏRTAC Dövlət Vergi Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinə istinadla xəbər verir ki, xidmətin portalından mütəmadi olaraq istifadə edən vergiödəyiciləri üçün sistemə giriş səhifəsindəki yeni "Qüvvədə olan "ASAN imza” ilə yeni sertifikatın alınmasına dair müraciət” bölməsindən istifadə qaydaları ilə bağlı təlimat artıq vergiödəyicilərinin poçt qutularına göndərilib. Biznes sertifikatının müddətinin bitməsinə 30 gündən az olmamaq şərti ilə həmin sertifikatla portalın yeni bölməsinə daxil olaraq yeni sertifikatın alınması üçün anket forması doldurulur və göndərilir. Bundan sonra, vergiödəyicisi sertifikatın müddətinin bitməsini gözləyir və "ASAN imza” təqdim edən provayderinə müraciət edib nömrənin dublikatını alır. Həmin dublikatda artıq yeni sertifikat da mövcud olacaq. Yeni bölmədən oxşar qaydada şəxsi "ASAN imza”ya biznes sertifikatının alınması üçün də istifadə etmək olar.

Maliyyə üzrə mütəxəssis Vüqar Mirheydərov yeni bölmənin yaradılmasını vergiödəyicilərinə xidmətin təkmilləşdirilməsi istiqamətində mühüm addım kimi qiymətləndirib. O, böyük razılıq hissi ilə bildirib ki, artıq portala daxil olmaq üçün istifadə olunan "ASAN imza” sertifikatının vaxtını uzatmaq və ya yeni biznes sertifikatı almaq üçün "ASAN xidmət” və vergiödəyicilərinə xidmət mərkəzlərində növbədə durmağa ehtiyac qalmır.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM