Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!
Çıxırsan torpağımdan,
Çıxa-çıxa
yandırırsan.
Gör nə qədər
mənfursan,
cılızsan!
Nə günahı,
Nə suçu var
O cansız şəhərlərin,
Binaların, evlərin,
Körpülərin, yolların,
O dilsiz-ağızsız
Meşələrin, ağacların?
Axı, axı sən onların
Heç birini
əkməmisən,
Kərpic-kərpic
tikməmisən.
Ürəyimdə qoy qalmasın,
deyim bunu.
Bunlar sənin xislətindir.
Lap ulundan, həm
dədəndən,
Həm babandan
sənə qalan
Mirasındır, qismətindir.
Yaxşı bil ki, yandırdığın
nə varsa da,
Onlardan da yaxşısını
Tikəcəyik, quracağıq.
Cənnətməkan o Qarabağ
Əsl cənnət olacaqdır.
Dünyanın hər yerindən -
şəhərindən, kəndindən
Bura insan
gələcək.
Bu ölkənin rəhbərinə -
əsgərinə,
Ali Baş Komandanına
-Yaşa, var ol! - deyəcək.
Yandırılan meşələrin,
ağacların
yerində, bil
Yeniləri pöhrə verib
göyərəcək,
ucalacaq.
Bax, beləcə hər şey,
hər şey
Dəyişəcək, düzələcək.
Amma sənin içindəki
O paxıllıq,
o namərdlik,
o xəbislik
Yenə, yenə,
Əsrlərlə, fəsillərlə,
nəsillərlə
yaşayaraq
Hey alışıb, hey yanacaq.
Yana-yana öz içini
qovuracaq,
yandıracaq.
Seyran CAVADOV