01:49 25 Yanvar 2021
ONLINE XƏBƏR LENTİ
00:35 24.01.2021

Xalq artisti Eldar Quliyevə


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Diyego Maradona həyatdan getdi
ANA SƏHİFƏ / DÜNYA
22:54 26.11.2020

Argentinada əfsanəvi futbolçu, 1986-cı ildə dünya çempionu adını qazanmış Diyeqo Armando Maradona 60 yaşında dünyasını dəyişib.
Argentina yığmasının və İtaliyanın "Napoli" klubunun sabiq ulduzu ürəktutmasına görə vəfat edib.
Oktyabrın 30-da Maradona xəstəxanalardan birinə gətirilmiş və müayinə zamanı onda subdural hematoma aşkar edilmişdi. Daha sonra əməliyyat keçirilmiş və noyabrın 11-də o, xəstəxanadan buraxılılmışdı. Lakin noyabrın 25-də nahar vaxtı özünü pis hiss etmiş və təcili yardım briqadası çağırılmışdı. Təəssüf ki, həkimlər onu həyatını xilas edə bilməmişlər.
Argentina yığmasının heyətində Maradona 1986-cı ildə dünya çempionu olmuş, 1990-cı il mundialında isə gümüş medal qazanmışdır. O, milli komandanın heyətində 91 matç keçirib və 34 qol vurub.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM