23:18 26 Yanvar 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Latviya Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpasında iştirak etməkdə maraqlıdır
ANA SƏHİFƏ / CƏMİYYƏT
22:28 26.11.2020

Noyabrın 26-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın Latviyanın Azərbaycandakı səfiri Dainis Qarançs ilə görüşüb.

Komitənin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Bahar Muradova Azərbaycan ilə Latviya arasında münasibətlərin uzun tarixə, qarşılıqlı faydalı əməkdaşlığa və dostluğa əsaslandığını bildirib. O, hər iki ölkənin istər diplomatik nümayəndəlikləri, parlamentləri, cəmiyyətləri arasında, istərsə də ikitərəfli və çoxtərəfli əməkdaşlığa əsaslanan münasibətlərinin bütün istiqamətlərdə yüksələn xətlə inkişaf etdiyini diqqətə çatdırıb.

Noyabrın 24-də Komitə rəsmisinin də iştirak etdiyi "Qadınlar sülh uğrunda” adlı beynəlxalq videokonfransın önəmindən bəhs edən B.Muradova BMT Təhlükəsizlik Şurasının "Qadınlar, Sülh və Təhlükəsizlik haqqında” 1325 saylı Qətnaməsinin Azərbaycanda tətbiqi istiqamətində atılan addımların, xüsusilə də Milli Fəaliyyət Planının hazırlanmasının yaşadığımız dövr üçün çox əhəmiyyətli olduğunu bildirib.

Ermənistan-Azərbaycan münaqişəsi haqqında məlumat verən komitə sədri bildirib ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərini, xüsusən də döyüş zonasından uzaqda yerləşən şəhərləri atəşə tutması, mülki əhalini hədəf seçməsi insan hüquqlarının pozulmasıdır. B.Muradova ölkəmizdə ailələrin, xüsusən qadınların, uşaqların münaqişədən əziyyət çəkdiklərini qeyd edib.

Azərbaycanın ərazi bütövlüyünün, beynəlxalq hüququn təmin edilməsi uğrunda apardığı Vətən müharibəsinin Qələbə ilə yekunlaşdığını vurğulayan komitə sədri bu zəfərin Azərbaycan xalqının tarixində xüsusi əhəmiyyətini qeyd edib.

Fransa Senatının son qərarına toxunan Bahar Muradova bu qərarın Minsk qrupuna üzv dövlətlərin münaqişəni həll etməyə deyil, əksinə, onu daha da kəskinləşdirməyə yönəldiyini qeyd edib, Fransanın onun Minsk qrupunun həmsədri, BMT Təhlükəsizlik Şurasının və Avropa qurumlarının üzvü kimi mövqeyini şübhə altına qoyduğunu diqqətə çatdırıb.

Azərbaycandakı fəaliyyətindən məmnunluğunu ifadə edən səfir Dainis Qarançs baş vermiş son hadisələri yaxından izlədiyini, hətta Füzuli rayonuna təşkil olunan səfərdə iştirak etdiyini bildirib, ölkəsinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpası üzrə əməkdaşlıqda maraqlı olduğunu diqqətə çatdırıb.

Azərbaycan ilə Latviya arasındakı ikitərəfli diplomatik əlaqələrə və parlamentlərin uğurlu münasibətlərinə diqqət çəkən diplomat Azərbaycanda sosial və iqtisadi sahələrdə reallaşdırılan layihələrin vacibliyini qeyd edib. O, ailə, qadın və uşaq məsələləri ilə bağlı fəaliyyət sahəsində Komitə ilə əməkdaşlığın vacibliyinə diqqət çəkərək, gələcəkdə bu əməkdaşlığın daha da genişlənəcəyinə inamını ifadə edib.

Görüşdə Latviya səfirliyinin müşaviri Vija Bussa, mədəniyyət, təhsil və iqtisadi məsələlər üzrə məsləhətçisi Elmira Mirzəyeva və Komitənin Xarici əlaqələr və protokol xidməti şöbəsinin müdiri Səbinə Manafova iştirak ediblər.


NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM