01:48 25 Yanvar 2021
ONLINE XƏBƏR LENTİ
00:35 24.01.2021

Xalq artisti Eldar Quliyevə


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

BERNAMA agentliyi Prezident İlham Əliyevin xalqa son müraciətini işıqlandırıb
ANA SƏHİFƏ / SİYASƏT
22:21 26.11.2020

Malayziyanın BERNAMA Milli İnformasiya Agentliyi Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin Kəlbəcər rayonunun işğaldan azad edilməsi münasibətilə xalqa müraciətindən bəzi məqamları yayıb.

AZƏRTAC xəbər verir ki, "İlham Əliyev: Azərbaycan azad edilmiş bütün əraziləri bərpa edəcək, dirçəldəcək” adlı məlumatda dövlətimizin başçısının Azərbaycanın qədim torpağı olan Kəlbəcərin 28 il əvvəl Ermənistan silahlı qüvvələri tərəfindən işğalı və bunun səbəbləri, ermənilərin bu ərazidə zəngin təbii sərvətləri talaması, dövlətimiz tərəfindən Qafqaz Albaniyasına məxsus kilsələrin və məscidlərimizin qoruması, düşmənin isə müsəlman məbədlərində donuz və mal-qara saxlaması, ölkəmizin Vətən müharibəsində həm döyüş meydanında, həm də informasiya və siyasət sahələrində qələbə qazanması barədə fikirləri yer alıb.

Diqqətə çatdırılıb ki, Azərbaycan Prezidenti Kəlbəcərin və işğaldan azad edilmiş digər rayonların yenidən qurulacağını, bu torpaqlarda inkişaf və tərəqqiyə nail olunacağını da vurğulayıb.

Məlumatda vurğulanıb ki, Azərbaycan dövlətinin başçısı Ordumuzun düşməni məğlubiyyətə uğratmaqla yanaşı, həm də erməni faşizmini darmadağın etdiyini söyləyib.


NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM