01:06 25 Yanvar 2021
ONLINE XƏBƏR LENTİ
00:35 24.01.2021

Xalq artisti Eldar Quliyevə


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

“Associated Press” ermənilərin Ağdam şəhərində törətdikləri dağıntılar barədə məqalə yayıb
ANA SƏHİFƏ / SİYASƏT
18:47 26.11.2020

"Associated Press” agentliyi erməni işğalı nəticəsində Ağdam şəhərindəki dağıntılar barədə məqalə yayıb.

AZƏRTAC xəbər verir ki, məqalədə azərbaycanlıların Ağdam şəhərinin azad olunmasının sevincini yaşadıqları, lakin onların dağıntılarla qarşılaşdıqları bildirilir.

Məqalədə şəhərin əsas görməli yerlərindən olan Çörək muzeyi, eləcə də konyak zavodunun dağıdılması xüsusi qeyd olunub.

Uzun fasilədən sonra şəhəri ilk dəfə görən 63 yaşlı Ağdam sakini Arif Hacıyev bildirib ki, şəhərdəki evlərdən, mehmanxanalardan, inzibati binalardan əsər-əlamət qalmayıb: "Elə təəssürat yaranır ki, 12 ballıq zəlzələ baş verib”.

61 yaşlı Nəsibə Zamanova isə bildirib ki, doğma evi minalandığı üçün oraya daxil olmayıb.

Müəllif yazır ki, Ağdam şəhərində işğala qədər 50 min nəfər yaşayıb. Evlərinin ağ damları ilə məşhur olmuş şəhər o qədər dağılıb ki, indi oranı "Qafqazın Xirosiması” adlandırırlar.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM