02:36 25 Yanvar 2021
ONLINE XƏBƏR LENTİ
00:35 24.01.2021

Xalq artisti Eldar Quliyevə


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

“Kuwait Times” qəzetində Azərbaycan Ordusunun Kəlbəcərə daxil olması barədə məqalə dərc edilib
ANA SƏHİFƏ / SİYASƏT
18:45 26.11.2020

Küveytin ingilisdilli "Kuwait Times” qəzetində Azərbaycan Ordusunun Kəlbəcər rayonuna daxil olması barədə məqalə dərc edilib.

Ölkəmizin Küveytdəki səfirliyindən AZƏRTAC-a bildiriblər ki, məqalədə Azərbaycan Müdafiə Nazirliyinə istinadla əsgərlərimizin minaları təmizləyərək rayona daxil olduqları qeyd edilib.

Yazıda sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatları keçirdiyi və Ermənistanın bundan sonra Kəlbəcər, Ağdam və Laçın rayonlarını geri qaytarmağa razılıq verməsi barədə sazişə imza atmağa məcbur edildiyi diqqətə çatdırılır. Həmçinin qeyd edilir ki, Azərbaycan humanitar əsaslarla ermənilərin Kəlbəcərdən çıxması üçün müəyyənləşdirdiyi vaxtı 10 gün uzadıb. Bildirilir ki, noyabrın 20-də Ağdam rayonu təhvil verilib və dekabrın 1-dək Laçın rayonu Azərbaycana qaytarılacaq.

Eyni zamanda, bildirilib ki, 30 ildən sonra azərbaycanlılar öz torpaqlarına qayıdacaqlar. Lakin Kəlbəcəri tərk edən ermənilər buradakı hər şeyi məhv edib, o cümlədən elektrik kabellərini, ağacları kəsib, meşələri yandırıb, hətta su elektrik stansiyasının hissələrini avtomobilə yükləyiblər.

Müəllif, həmçinin Ermənistan-Azərbaycan münaqişəsi haqqında məlumat verib. Qeyd edib ki, 1990-cı illərdə erməni silahlıları bölgəni ələ keçirərək azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə aparıb və qondarma "respublika” yaradıblar. Lakin onun "müstəqilliyi” beynəlxalq aləm tərəfindən tanınmayıb.

Diqqətə çatdırılıb ki, imzalanan sülh razılaşmasından sonra Ermənistanda etirazlar başlayıb və N.Paşinyanın istefası tələb olunub.


NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM