22:11 26 Yanvar 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

İrana qarşı yeni sanksiyalar tətbiq olunub
ANA SƏHİFƏ / DÜNYA
17:11 26.11.2020

ABŞ administrasiyası Çin və Rusiyaya məxsus 5 iri şirkətə qarşı sanksiyalar tətbiq edib, həmin şirkətlərin adları sanksiyalar siyahısına əlavə olunub.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin İran üzrə xüsusi nümayəndəsi Elliot Abrams məlumat verib. O bildirib ki, bu şirkətlər İranın nüvə proqramının inkişafına yardım etməkdə və sanksiya rejimini pozmaqda ittiham edilib.

E.Abrams bəyan edib ki, ABŞ administrasiyasının İrana qarşı yürütdüyü siyasət 2021-ci ilin yanvarın 20-dək davam edəcək.

Qeyd edək ki, Donald Trampın ABŞ-da prezidentlik müddəti yanvarın 20-də başa çatır və hakimiyyət yeni seçilən Prezident Co Baydenə təhvil veriləcək.

İran mətbuatında dərc olunan materialların təhlili onu deməyə əsas verir ki, rəsmi Tehran yeni Prezidentin İrana qarşı sanksiyalar siyasətini yumşaldacağına ümid edir.

ABŞ mətbuatında siyasi ekspertlərin bu barədə fikirlərinə də geniş yer ayrılıb. Onlar hesab edirlər ki, D.Trampın İranla bağlı siyasəti səmərəli olmayıb və fiaskoya uğrayıb.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM