26 Noyabr 2020 15:03
519
SİYASƏT
A- A+

Leonid Kalaşnikovun fikrincə, Paris Qarabağda dinc nizamlama prosesini pozmaq üçün yenidən cəhd edir


Fransa Senatı Fransa hökumətini qondarma "DQR”in müstəqilliyini tanımağa səsləyərkən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Rusiyanın səylərini pozmağa cəhd göstərib.

AZƏRTAC xəbər verir ki, Rusiya Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitəsinin sədri Leonid Kalaşnikov bu sözləri "Vestnik Kavkaza” nəşrinə müsahibəsində söyləyib.

"Mən ABŞ-dan gözləmədiyim kimi, Fransadan da Rusiyanın tərəfləri normal nizamlanma yoluna çıxarmasına görə təəssüf hissi keçirməsindən başqa heç nə gözləmirdim. Vəziyyətin sülhə doğru getdiyini, tərəflərin razılığa gəlməsini görüncə, Paris bu prosesi pozmağa, hansısa gərginlik yaratmağa yenidən cəhd edir”, - deyə siyasətçi qeyd edib.

Rusiyalı deputatın fikrincə, buna bənzər hərəkətlər indiki mərhələdə tamamilə qeyri-konstruktivdir və Minsk qrupu həmsədrinin birtərəfli müdaxiləsi, sadəcə olaraq, yolverilməzdir.

L.Kalaşnikov deyib: "Bu qətnamənin Cənubi Qafqazda heç kəsə faydası olmayacaq. Bu addım yalnız Rusiyanın bu regionda səylərini hər hansı yolla pozmağa yönəlib. Reallıqda bu, Rusiyanın mövqeyinə heç cür təsir etməyəcək, lakin hər halda xoşagəlməz təəssürat qalacaq. Fransa Senatının qərarı ən azından hazırda Rusiya Federasiyasını Cənubi Qafqaza sülh gətirməkdə təqsirləndirən radikalları ruhlandıracaq. Qətnamənin məqsədlərindın biri budur”.

Deputatın proqnozlarına görə, çox güman ki, Fransa hökuməti Senatın təxribatını dəstəkləməyəcək. "Fikrimcə, Fransa hökuməti özünü daha məsuliyyətli aparır və başa düşür ki, təəssüf hissini ifadə etməkdən başqa məsələlər də mövcuddur, münaqişəni əməli surətdə nizamlamaq lazımdır. Siyasətdə təəssüflər üçün yer yoxdur”, - deyə Dövlət Dumasının komitəsinin sədri sonda vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video