24 Noyabr 2020 18:11
491
SİYASƏT
A- A+

İspaniya mətbuatı Azərbaycan Prezidentinin Ağdama səfərindən yazır


İspaniyanın EFE informasiya agentliyi, ölkənin qocaman qəzetlərindən biri olan "La Vanguardia”, həmçinin Puerto-Rikonun "El Expresso” onlayn nəşri Azərbaycan Prezidenti İlham Əliyevin Ağdam rayonuna səfəri barədə xəbəri dərc ediblər.

AZƏRTAC xəbər verir ki, bu nəşrlər Ağdam rayonunun təxminən 30 il Ermənistanın işğalı altında olmasını vurğulayırlar.

İspaniya mətbuatının yazdığına görə, Azərbaycan Prezidenti İlham Əliyev Ağdama səfəri zamanı diqqətə çatdırıb ki, əgər Dağlıq Qarabağda müharibə başa çatmasaydı, o halda iki həftə bundan əvvəl Ağdamın Azərbaycana qaytarılması üzrə hərbi əməliyyat aparılardı.

Qeyd olunur ki, Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın baş naziri tərəfindən imzalanan atəşkəs barədə bəyanata müvafiq olaraq, ötən cümə günü – noyabrın 20-də Azərbaycan Ordusu Ağdama daxil olub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video