24 Noyabr 2020 18:09
491
SİYASƏT
A- A+

İtaliyanın Neapol şəhərinin bələdiyyələri Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyən sənədlər qəbul edib


İtaliyanın Neapol şəhərinin Ottaviano bələdiyyəsi "Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 nömrəli qətnamələri dərhal icra edilməlidir” adlı sənəd qəbul edib. Eyniadlı sənəd, habelə şəhəri Liveri bələdiyyəsi tərəfindən də qəbul olunub.

AZƏRTAC xəbər verir ki, sənədlərdə Ermənistanın Azərbaycana qarşı təcavüzü və etnik təmizləmə siyasəti nəticəsində Dağlıq Qarabağ və ətraf 7 rayon da daxil olmaqla, Azərbaycan ərazisinin 20 faizinin işğal olunduğu, 1 milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyü, azərbaycanlılara qarşı müharibə cinayətləri və Xocalı soyqırımının törədildiyi bildirilir.

BMT Təhlükəsizlik Şurasının və Baş Assambleyasının münaqişə ilə bağlı qətnamələrinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə dəstək verərək Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanıdığı, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş həmin ərazilərdən dərhal çıxarılmasını tələb etdiyi vurğulanır.

Avropa İnsan Hüquqları Məhkəməsinin 2015-ci il tarixli "Çıraqov və digərləri Ermənistana qarşı” işi ilə bağlı qərarında da Azərbaycanın Qarabağ bölgəsinin Ermənistan tərəfindən işğalının təsdiqləndiyi bildirilir.

Sənədlərdə, həmçinin rəsmi İtaliyanın davamlı olaraq Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə diqqət çəkilir və bu xüsusda, Azərbaycan Respublikası Prezidentinin cari ilin fevralında İtaliyaya dövlət səfəri zamanı imzalanmış "İtaliya Respublikası ilə Azərbaycan Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə”yə istinad edilir.

Münaqişə ilə bağlı mövcud hüquqi əsaslara və 30 ilə yaxındır ATƏT-in Minsk qrupunun həmsədrliyi çərçivəsində aparılan danışıqlara baxmayaraq, Ermənistanın destruktiv siyasəti nəticəsində danışıqların dayandırıldığı, Azərbaycan xalqının böyük ədalətsizliklə üzləşdiyi, 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünün öz yurd-yuvalarına qayıda, ailə üzvlərinin məzarlarını belə ziyarət edə bilmədikləri vurğulanır.

Sənədlərdə sentyabrın 27-dən başlayaraq Ermənistanın yeni hərbi təcavüzü zamanı mülki obyektləri, mülki şəxsləri qəsdən hədəfə alaraq Gəncə və Bərdə şəhərlərini bombalaması pislənilir. Bu xüsusda, Gəncə və Bərdə şəhərlərinin sakinləri, bütünlükdə Azərbaycan xalqı ilə həmrəylik ifadə edilir.

Sənədlərdə aidiyyəti bələdiyyələrin beynəlxalq hüququn norma və prinsiplərini daim dəstəklədiyi, Ermənistanın təcavüz siyasətini pislədiyi, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş bütün ərazilərindən dərhal, qeyd-şərtsiz və tamamilə çıxarılmalı, münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının və Baş Assambleyasının müvafiq qətnamələrinin dərhal yerinə yetirilməli, eləcə də azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmaq hüququnun təmin edilməli olduğu vurğulanır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video