22 Noyabr 2020 15:42
562
SİYASƏT
A- A+

“Arabnews” qəzeti : Azərbaycanlılar öz evlərinə qayıdırlar


Səudiyyə Ərəbistanının ingilis dilində nəşr edilən nüfuzlu "Arabnews” qəzetində "Azərbaycanlılar öz evlərinə qayıdırlar” sərlövhəli məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycan Ordusunun 27 il işğal altında qalan torpaqları azad etdiyi və məcburi köçkünlərin öz doğma yurdlarına qayıtdıqları qeyd olunur. Diqqətə çatdırılır ki, ötən əsrin 90-cı illərinin əvvəlində 1 milyona yaxın azərbaycanlı torpaqların Ermənistan tərəfindən işğalı nəticəsində öz evlərini tərk etmək məcburiyyətində qalmışdı. Sentyabrın 27-də başlayan və 44 gün davam edən döyüşlər nəticəsində Azərbaycan Ordusu tərəfindən 300-dən çox yaşayış məntəqəsi azad edilib. Noyabrın 10-da Ermənistan baş nazirinin kapitulyasiya bəyanatını imzalamasından sonra Ağdam, Laçın və Kəlbəcər rayonlarının da Azərbaycana təhvil verilməsi prosesinə başlanılıb.

Məqalədə vurğulanıb ki, azərbaycanlılar işğaldan azad edilmiş Ağdam və Füzuli şəhərlərində dəhşətli mənzərə, dağıdılmış binalar, yollar və digər infrastrukturla qarşılaşıblar. Vaxtilə 50 mindən çox sakini olan Ağdam şəhəri xarabalığa çevrilib.

Müəllif Cəbrayıl sakini Adil Şərifovun ailəsinin 27 ildir Bakıda məcburi köçkün həyatı yaşadığını, onun torpaqlarımızın azad edilməsi ilə bağlı sevinc hisslərini də diqqətə çatdırıb. Qeyd edib ki, azərbaycanlı ailə Cəbrayıl şəhərini erməni işğalçıları tərəfindən dağıdıldığı barədə danışıb. Bildirib ki, o, ailə üzvləri ilə birlikdə öz doğma yurdundakı evini yenidən tikəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video