19 Noyabr 2020 21:45
416
SİYASƏT
A- A+

Avstraliya qəzeti Ermənistanın Azərbaycan ərazilərində ekoloji terror törətməsindən yazır


Avstraliyanın "The Sydney Morning Herald” qəzetində Ermənistanın Azərbaycan ərazilərində törətdiyi ekoloji terrorla bağlı məqalə dərc olunub. Məqalədə bildirilir ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladıqları sənədə əsasən, Azərbaycan noyabrın 15-də nəzarətə almalı olduğu Kəlbəcər rayonundan ermənilərin çıxması müddətini 10 gün artırdığı halda, ermənilər evləri, meşələri yandıraraq ekoloji terror törədirlər.

Məqalədə xatırladılır ki, üçtərəfli sənədə əsasən Azərbaycanın Dağlıq Qarabağ regionu və ətraf ərazilər uğrunda altı həftə davam etmiş müharibə dayandırılıb. Azərbaycan Ermənistan tərəfindən ötən əsrin 90-cı illərinin əvvəllərində işğal edilmiş əraziləri dekabrın 1-dək öz nəzarətinə götürməlidir. Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevə istinadla bildirilir ki, ilkin olaraq Kəlbəcər rayonunun Azərbaycanın nəzarətinə qaytarılması razılaşdırılsa da, Ermənistan tərəfinin xahişi ilə bu müddət noyabrın 25-dək uzadılıb. Bunun əvəzində isə ermənilər tərk etməli olduqları evlərə od vururlar: "Ermənilər ətraf mühitə və mülki obyektlərə böyük zərər vururlar. Vurulan ekoloji zərərin, ekoloji terrorun qarşısı alınmalıdır”.

Məqalədə vurğulanır ki, 1994-cü ilədək Kəlbəcərdə yalnız azərbaycanlılar yaşayıblar. Lakin sonradan ermənilər silah gücünə bu əraziləri işğal ediblər. Azərbaycan heç vaxt bu işğalla barışmayıb.

Məqalədə Qarabağın tarixi Azərbaycan torpağı olması, 1991-1994-cü illərdə baş vermiş I Qarabağ müharibəsi zamanı Ermənistan tərəfindən işğal edildiyi qeyd olunub. Həmin döyüşlər zamanı 30 min nəfərin həlak olduğu, 100 minlərlə insanın məcburi köçkünə çevrildiyi vurğulanıb.

Sentyabrın 27-də Ermənistan ordusu tərəfindən törədilən növbəti təxribata cavab olaraq Azərbaycan Silahlı Qüvvələrinin tezliklə böyük zəfər qazandığı və Qarabağın strateji şəhəri sayılan Şuşanı azad etdiyi də yazıda əksini tapıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video