Alternative content

21:18 28 Noyabr 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Həkimlər pandemiya ilə mübarizədə də ön sıradadırlar
Həkimlər pandemiya ilə mübarizədə də ön sıradadırlar
ANA SƏHİFƏ / Səhiyyə
01:04 27.10.2020


Hazırda ölkəmiz Azərbaycan torpaqlarını 30 ildən çox işğal altında saxlayan erməni təcavüzkarları və COVID-19 pandemiyası ilə müharibə aparır.

Hər iki cəbhədə - istər sentyabrın 27-dən başlayan Vətən müharibəsində, istərsə də koronavirus kimi təhlükəli "düşmənlə” mübarizədə insanların son ümid yeri olan tibb işçilərinin fədakarlığı diqqət mərkəzindədir. Onların bir qismi cəbhə bölgələrində əsgər və zabitlərimizin sağlamlığı keşiyində dayanırsa, bir qismi də neçə aylardan bəri davam edən COVID -19 pandemiyası ilə mübarizədədir. Bu savaşda Bakının küçələrində və respublikanın magistral yollarında hərəkətdə olan təcili yardım xidmətinin tibb heyətinin zəhməti də danılmazdır.

Pandemiyanın ölkəmizə ayaq açdığı ilk gündən Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı sayasində qabaqlayıcı tədbirlər həyata keçirilir. Dövlət başçısının tapşırığı ilə koronavirusla mübarizə çərçivəsində tibbi xidmətin keyfiyyətinin daha yüksək səviyyəyə çatdırılması, bu sahədə maddi-texniki bazanın möhkəmləndirilməsi, o cümlədən respublikamızda təcili tibbi yardım stansiyalarının yeni müasir avtomobillər ilə təminatı vacib amillərdən biri kimi qarşıya qoyulmuşdur. Cari ildə ölkəmizə xeyli sayda müasir tipli təcili tibbi yardım maşınları gətirilib. Hazırda ölkəmizdə koronavirus xəstələri üçün 46 xəstəxana, 45 laboratoriya, 11 modul tipli xəstəxana və 2 hospital fəaliyyət göstərir. Aparılan test sayı ölkə üzrə 1 milyonu ötüb. Məqsəd Azərbaycan vətəndaşının sağlamlığının daha etibarlı şəkildə qorunmasıdır.

Koronavirus infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınması üzrə dövlət tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində virusla səmərəli mübarizə aparan tibb müəssisələrindən biri də Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasıdır. Koronavirusla mübarizə tədbirlərinin ilk günlərində kollektiv Bakı şəhərinin qeydiyyatda olan və olmayan vətəndaşlarına, eləcə də xidməti ərazisi hesab edilməyən Abşeron rayonu, Xırdalan və Sumqayıt şəhəri, Masazır, Saray, Ceyranbatan qəsəbəsi əhalisinin sağlamlığı üçün səfərbər olmuşdu. Çağırışların çoxluğuna, ərazinin genişliyinə baxmayaraq, stansiyanın əməkdaşları üzərlərinə düşən işləri vaxtında və qüsursuz icra etməyə çalışmışlar.

Demək olar ki, gün ərzində "103” xidmətinə təxminən 2000-2500 çağırış daxil olur. Kollektiv gücləndirilmiş iş rejimində fəaliyyət göstərir, xəstələrin vaxtında hospitalizasiyası və təmasda olanların təcrid edilməsi məqsədilə gündəlik növbəyə çıxan təcili yardım briqadalarının sayı əlavə təşkil edilmiş feldşer briqadalarının, məzuniyyətlərin və təkmilləşmə kurslarına göndərişlərin müvəqqəti dayandırılması hesabına artırılmış, fasiləsiz iş rejimi təşkil edilmişdir.

Pandemiyanın geniş yayıldığı bu günlərdə tibb heyəti çağırış ünvanlarına özlərini vaxtında çatdıraraq, yüksək hərarət, tənəffüs çatışmazlığı, ağırlaşmaya səbəb ola biləcək hər hansı digər xəstəliklər aşkar edildiyi halda, onları stasionara yerləşdirirlər. Bu zaman qanın oksigenlə təchiz olunmasının faiz göstəricisi də vacib rol oynayır. Hospitalizasiya olunan yoluxmuş şəxslərin ailə üzvlərindən və iş yerində onlarla təmasda olanlardan da müayinə materialları götürülür.

İyun ayının sonlarından Səhiyyə Nazirliyinin rəhbərliyi ilə poliklinikalar infeksiya ilə mübarizə tədbirlərinə cəlb edildikdən sonra virusa yoluxmuş şəxslərdə ağırlaşmalarda azalma qeyd edildi. Belə ki, yüngül və ya simptomsuz gedişli xəstələr adətən yuxarı tənəffüs yollarının iltihabı və zəiflik səbəbi ilə poliklinikalara müraciət edirlər. Bu zaman yoluxmaya şübhəli şəxslərdən virusun aşkarlanması üçün laborator müayinə materialı götürülür və xəstəliyə erkən dövrdə diaqnoz qoyularaq müalicəyə başlanılır. Hazırda poliklinikalar bu sahədə fəaliyyətlərini davam etdirirlər.

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev xüsusi olaraq bildirdi ki, bütün bunlara baxmayaraq, Azərbaycan Prezidentinin tapşırıq və tövsiyələrinə əsasən Səhiyyə Nazirliyi tərəfindən qarşımıza qoyulan xidməti borcumuzu yüksək səviyyədə yerinə yetirməyə çalışırıq. Bunun üçün dövlətimiz tərəfindən bizə lazımi şərait də yaradılıb. Cənab Prezident çıxışlarında dəfələrlə vurğulayıb ki, "Bu mübarizədə əsas yük həkimlərin üzərinə düşür”. Bu ifadə bizdə qürur hissi yaratmaqla, həm də məsuliyyətimizi daha da artırır. Tibb işçilərinə göstərilən etimad və etibarı doğrultmaq üçün bundan sonra da

COVID-19-la mübarizədə üzərimizə düşən vəzifəni layiqincə yerinə yetirməyə davam edəcəyik.

Rəhman SALMANLI,

"Azərbaycan”





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM