Alternative content

21:32 28 Noyabr 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV BERNAMA agentliyi: Azərbaycan Ordusu Qubadlı şəhərini və bir neçə kəndi işğaldan azad edib
BERNAMA agentliyi: Azərbaycan Ordusu Qubadlı şəhərini və bir neçə kəndi işğaldan azad edib
ANA SƏHİFƏ / SİYASƏT
21:52 26.10.2020

Azərbaycan Prezidenti İlham Əliyev ölkə ordusunun Qubadlı şəhərini, Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarının kəndlərini erməni işğalından azad etdiyini bildirib.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, bu barədə Malayziyanın BERNAMA Agentliyi Azərbaycan Dövlət İnformasiya Agentliyinə (AZƏRTAC) istinadla xəbər yayıb. Bildirilir ki, Azərbaycan Prezidentinin rəsmi "Twitter” hesabında bu barədə paylaşdığı statusu "Yaşasın Azərbaycan Ordusu! Qarabağ Azərbaycandır! ” sözləri ilə tamamlanıb.

Bununla yanaşı, məlumatda Azərbaycan Müdafiə Nazirliyinə istinadla Ordumuzun bazar günü Ermənistanın hərbi texnikasını və döyüş sursatını məhv etməsi də əksini tapıb.

Məlumatda deyilir: "Müdafiə Nazirliyinin məlumatına əsasən, oktyabrın 25-də günortadan sonra cəbhənin müxtəlif istiqamətlərində aparılan döyüşlər zamanı Azərbaycan Ordusunun bölmələri düşmənə dəqiq zərbələr endirib. Bu zərbələr nəticəsində düşmənin 6 ədəd D-30 və 1 ədəd D-1 haubitsa silahı, 2 ədəd BMP (piyadaların döyüş maşını), 1 ədəd avtomobili və böyük miqdarda döyüş sursatı məhv edilib”.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM