26 Oktyabr 2020 17:02
427
SİYASƏT
A- A+

Yaponiyanın NHK telekanalı Dağlıq Qarabağda davam edən müharibə barədə xüsusi veriliş yayımlayıb


Yaponiyanın NHK telekanalı Dağlıq Qarabağda davam edən müharibə barədə xüsusi veriliş yayımlayıb.

AZƏRTAC xəbər verir ki, verilişin aparıcıları kanalın beynəlxalq xəbərlər departamentinin baş redaktoru İçiyo İşikava və xüsusi şərhçi Nobuhisa Deqava tamaşaçılara münaqişənin tarixi, səbəbləri, iştirakçı tərəflər barədə ətraflı məlumat veriblər.

Verilişin aparıcıları 1992-ci ildə yaradılan ATƏT-in Minsk qrupunun fəaliyyətinə də toxunublar. Qeyd ediblər ki, ABŞ, Rusiya və Fransanın həmsədrlik etdiyi həmin qrup çərçivəsində aparılan danışıqlar heç bir nəticə verməyib.

Bildirilib ki, ötən dövrdə atəşkəs rejimi saxlanılsa da, tərəflər arasında cəbhə xəttində qarşıdurma halları təkrarlanıb. Sentyabrın 27-də baş verən növbəti belə qarşıdurma de-fakto müharibənin başlamasına səbəb olub. Artıq bir aya yaxındır davam edən döyüşlər ərzində Rusiyanın vasitəçiliyi ilə iki dəfə humanitar atəşkəs elan olunsa da, bu, uzun sürməyib.

Qafqaz regionunun geosiyasi mövqeyinə diqqət çəkən aparıcılar bu bölgənin Avropa ilə Asiya arasında körpü rolunu oynadığını xüsusi qeyd ediblər. Bildiriblər ki, məhz buna görə həmin region daim böyük güclərin diqqət mərkəzində olub.

Azərbaycan rəhbərliyinin işğal altında olan torpaqları tamamilə azad etmək üçün böyük siyasi iradə nümayiş etdirdiyi də yapon tamaşaçıların diqqətinə çatdırılıb. Azərbaycan Prezidenti İlham Əliyevə istinadla "Dağlıq Qarabağ Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan torpağıdır və Ermənistan ordusu bu əraziləri tərk etməyincə hərbi əməliyyatlar davam edəcək” sözləri də verilişdə yer alıb. Diqqətə çatdırılıb ki, Azərbaycan Ordusu ən müasir silahlarla təchiz edilib. Bildirilib ki, son 10 ildə Azərbaycanın hərbi büdcəsi Ermənistanın ümumi büdcəsini üstələyib. Məhz bunun nəticəsidir ki, Azərbaycan Ordusu işğal altında olan əraziləri bir-birinin ardınca azad edir.

Verilişdə Azərbaycanın karbohidrogen ehtiyatları ilə zəngin ölkə olmasına da diqqət yetirilib. Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərləri barədə danışan aparıcılar ölkəmizin Avropanın enerji təminatında mühüm rolundan da danışıblar. Bu yaxınlarda fəaliyyətə başlayacaq TAP və TANAP layihələrinə də toxunulub.

Məsələ ilə bağlı Ermənistanın mövqeyinə toxunan aparıcılar hazırkı ölkə rəhbərliyinin müharibəyə əhalinin diqqətini daxili problemlərdən, COVID-19 pandemiyası ilə əlaqədar yaranan böhrandan yayındırmaq məqsədi kimi baxmasına çəkiblər. Qeyd ediblər ki, Birinci Dünya müharibəsi illərində Osmanlıda baş verənlərə görə müasir Türkiyəni günahlandıran Ermənistan bu gün suriyalı silahlıların məhz Türkiyə vasitəsilə Azərbaycana gətirildiyini bildirərək, bundan münaqişəni beynəlxalq müstəviyə keçirmək üçün istifadə etməyə çalışır.

Digər tərəfdən 2018-ci ildə hakimiyyətə gələn baş nazir N.Paşinyanın Avropa və ABŞ-a istiqamətlənmiş siyasi xətt tutmasının Rusiyada birmənalı qarşılanmadığı da qeyd edilib. Bildirilib ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olsa da, Moskvanın Minsk qrupu çərçivəsində vasitəçilik missiyası və döyüşlərin Azərbaycan ərazisində getməsi bu məsələdə Rusiyanın əl-qolunu bağlayıb.

Verilişdə Türkiyənin baş verənlərə münasibəti məsələsinə də toxunulub. Qeyd edilib ki, çox güman bu ölkə Azərbaycana mənəvi və siyasi dəstək verməklə kifayətlənəcək.

Azərbaycanın ən müasir silahlarla təchiz edilmiş ordusundan bəhs edən aparıcılar bu sırada İsrail və Türkiyə istehsalı olan PUA-lara xüsusi diqqət çəkiblər. Qeyd ediblər ki, məhz bu silahlar və digər müasir texnologiya 1990-cı illər səviyyəsində qalmış Ermənistanın işğal altındakı torpaqları tezliklə tərk edəcəyini deməyə əsas verir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video