26 Oktyabr 2020 14:15
481
SİYASƏT
A- A+

Prezident: Heydər Əliyev bütün vəzifələrdən gedəndən sonra iki həftə keçməmiş Dağlıq Qarabağda erməni separatizmi baş qaldırdı


Sovet vaxtında, münaqişəyə bir neçə il qalmış separatizm meyilləri geniş vüsət almışdı. Halbuki bunun üçün heç bir əsas yox idi. Dağlıq Qarabağ muxtar vilayətinin rəhbər orqanı olan büronun 9 üzvündən 8-i erməni idi, 1-i azərbaycanlı. Dağlıq Qarabağda bütün əsas rəhbər vəzifələrdə ermənilər idi. Nə istəyirdilər? Nə qədər Azərbaycan investisiya qoyub o bölgəyə, 1970-ci illərdə dəmir yolu çəkilib, Sərsəng su anbarı, Madagiz, – indi adını mən bərpa etmişəm, - Suqovuşan su anbarı tikilib. Bütün bunlar Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına edilən investisiyalardır.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev bu barədə oktyabrın 26-da xalqa müraciətində bildirib.

Dövlətimizin başçısı bu mövzuda söhbətini davam etdirərək deyib ki, ermənilər nankorluq edərək, vəziyyətdən yararlandılar və Moskvada anti-Azərbaycan rəhbərliyinin mövcudluğundan istifadə etdilər. Bölgədə separatizm meyilləri baş qaldırdı.

Bundan əvvəl isə ermənilərin hazırlıq işləri gördüyünü diqqətə çatdıran Prezident deyib: "Əsas hazırlıq işlərinin hədəfində Heydər Əliyev dayanmışdı. Çünki yaxşı başa düşürdülər ki, Heydər Əliyevin varlığı, sovet rəhbərliyində onun böyük nüfuza malik olması onların planlarını alt-üst edirdi. Ona görə Ermənistandan, digər yerlərdən, əfsuslar olsun ki, milli satqınlar – Azərbaycandan kütləvi surətdə anonim məktublar Moskvaya göndərirdilər və şər-böhtan kampaniyası aparılırdı. O məqsədlə ki, Heydər Əliyev amili aradan qaldırılsın. Heydər Əliyev bütün vəzifələrdən gedəndən sonra iki həftə keçməmiş erməni separatçıları baş qaldırıb məsələ qaldırmışdılar ki, Dağlıq Qarabağ Azərbaycandan ayrılsın, Ermənistana verilsin”.

Prezident qeyd edib ki, bizim xalqımızın bəlaları o gündən başladı. Dağlıq Qarabağda qanunsuz xüsusi idarəetmə komitəsi yaradıldı, qatı ermənipərəst bir insan ora rəhbər təyin edildi və faktiki olaraq Dağlıq Qarabağın Azərbaycandan qopardılması üçün zəmin yaradıldı. "O vaxtkı Azərbaycan rəhbərliyi əfsuslar olsun ki, sadəcə olaraq bütün bu təhlükəli hadisələrə tamaşa edirdi. Səs qaldıra bilmədi, cəsarət göstərmədi, sadəcə olaraq başını aşağı salaraq Moskvadan nə deyirdilər onu da edirdi. Çünki o vaxt Azərbaycana rəhbərlik edən adamlarda bir qram Azərbaycan qanı yox idi. Azərbaycanlı sayılsalar da, bir qram milli ruh yox idi, kosmopolit insanlar idi, heç Azərbaycan dilində düz-əməlli danışa bilmirdilər. Dağlıq Qarabağın tarixi budur və ondan sonra Azərbaycana qarşı genişmiqyaslı hərbi əməliyyatlar başlamışdır, torpaqlarımız işğal altına düşmüşdür”, - deyə Prezident İlham Əliyev əlavə edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video