Alternative content

14:05 25 Noyabr 2020
ONLINE XƏBƏR LENTİ
00:23 25.11.2020 BİLDİRİŞ
00:23 25.11.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Prezidenti: bolşevik inqilabından sonra Dağlıq Qarabağın Ermənistana verilməsi təhlükəsi var idi
Azərbaycan Prezidenti: bolşevik inqilabından sonra Dağlıq Qarabağın Ermənistana verilməsi təhlükəsi var idi
ANA SƏHİFƏ / SİYASƏT
13:56 26.10.2020

Dağlıq Qarabağ bölgəsinə - azərbaycanlıların dədə-baba torpaqlarına qonşu ölkələrdən kütləvi qaydada erməni əhalisi gətirilərək yerləşdirildi. Ermənilər onlara xas olan xasiyyəti nümayiş etdirərək yavaş-yavaş bizim bütün torpaqlarımıza sahib çıxmağa başladılar və XX əsrin əvvəllərində bolşevik inqilabından sonra böyük təhlükə var idi ki, bolşevik hakimiyyəti Dağlıq Qarabağı Ermənistana verəcək.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev bunu oktyabrın 26-da xalqa müraciətində Qarabağın tarixi barədə söhbətini davam etdirərkən bildirib.

Dövlətimizin başçısı deyib: "1921-ci ilin iyul ayında Qafqaz bürosunun protokollarına baxmaq kifayətdir və belə təhlükə var idi. Ancaq hesab edirəm ki, Nəriman Nərimanovun və reallığı düzgün qiymətləndirən digər şəxslərin səyləri nəticəsində buna nail ola bilmədilər. Qafqaz bürosunun protokollarında göstərilir ki, Dağlıq Qarabağ Azərbaycanın tərkibində saxlanılsın. Bütün bu illər ərzində saxta erməni alimləri, ermənilərə havadarlıq edən dairələr sübut etməyə çalışırdılar ki, Stalin Dağlıq Qarabağı Ermənistandan ayırıb, Azərbaycana veribdir. Yalandır! Açın baxın Qafqaz bürosunun protokoluna - Dağlıq Qarabağ Azərbaycan tərkibində saxlanılsın. Bu, bir daha onu təsdiqləyir ki, bu, bizim torpağımızdır”.

Prezident İlham Əliyev təəssüflə qeyd edib ki, sonradan Dağlıq Qarabağ muxtar vilayəti yaradıldı, o bölgəyə xüsusi status verildi. "Amma onu da bildirməliyəm ki, bu, respublika deyildi, vilayət idi. Yəni, orada daha aşağı səviyyəli özünüidarəetmə mexanizmi mövcud idi. İndi tarixə baxmaq kifayətdir ki, hər kəs görsün, orada yaşayan ermənilər böyük hüquqlara, imkanlara malik idi”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM