Alternative content

15:02 25 Noyabr 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Ordusunun ərazilərimizi erməni işğalından azad etməsi iqtisadi inkişaf üçün yeni perspektivlər açır
Azərbaycan Ordusunun ərazilərimizi erməni işğalından azad etməsi iqtisadi inkişaf üçün yeni perspektivlər açır
ANA SƏHİFƏ / İQTİSADİYYAT
12:26 26.10.2020

Azərbaycan Ordusunun ərazilərimizi erməni işğalından azad etməsi iqtisadi inkişaf üçün yeni perspektivlər açır.

Zəngilan rayonunun Ağbənd qəsəbəsinin işğaldan azad olunması İran ilə sərhədimizdə normal gömrük-keçid məntəqəsinin qurulmasına şərait yaradıb.

Azərbaycan və İran prezidentləri siyasi iradə nümayiş etdirərək dövlətlər arasındakı münasibətlərin inkişafına nail olublar. Məhz bu iradənin nəticəsidir ki, regionda Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi kimi əhəmiyyətli iqtisadi layihə həyata keçirilir. Bu layihəyə əsasən Fars körfəzi və Cənub-Şərqi Asiya ölkələrindən Avropaya və əks istiqamətə yüklər Azərbaycan ərazisindən keçməklə daşınacaq. Bu layihə İran ilə Azərbaycanın regionlarının da inkişafına təkan verəcək.

Zəngilan rayonu ilə İranın sərhədyanı bölgələri yalnız ticarət yox, mədəni əlaqələr də qura bilərlər. Azərbaycan ilə İranın sərhədyanı rayonlarının əlaqələr quraraq ikitərəfli faydalı əməkdaşlıq təcrübəsi var. İran ilə sərhəddə 4 keçid məntəqəsi var. Bu məntəqələrin ətrafındakı rayonların qarşılıqlı ticarət əlaqələri mövcuddur ki, bu da həmin regionda yaşayanların sosial vəziyyətinin yüksəlməsinə səbəb olub.

Artıq İran tərəfindən sərhəd rayonumuzun işğaldan azad edilməsinə ilk rəsmi münasibət bildirilib. Belə ki, İranın Azərbaycandakı səfiri Seyid Abbas Müsəvi Azərbaycanın İran ilə sərhəd rayonlarının işğaldan azad olunduğu gün sosial şəbəkə vasitəsilə bəyan edib ki, İran ilə Azərbaycanın sərhədi dostluq, qardaşlıq və təhlükəsizlik sərhədi olaraq qalacaq.

İranda sosial şəbəkələrdə aparılan müzakirələr və yazılan şərhlər onu deməyə əsas verir ki, Təbriz, Ərdəbil, Urmiya və digər şəhərlərdə fəaliyyət göstərən iş adamları da azad olunan rayonlar ilə normal sərhəd-keçid məntəqəsinin olmasını arzulayırlar ki, ticarət əlaqələri qura bilsinlər. Astara, Biləsuvar, Culfa rayonlarında olduğu kimi, Zəngilan və Cəbrayıl rayonları ilə də əlaqələr yaratsınlar.

Azərbaycan ilə İranın sərhəd rayonları arasında ticarət əlaqələrinin qurulması təcrübəsi mövcuddur. Hələ 1992-ci ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri oldu vaxtda Azərbaycanın Şahtaxtı və İranın Qaraziyəddin kəndləri arasında müştərək bazar yaradılmışdır. İran rəsmiləri ilə Naxçıvanda keçirilən görüşdə Heydər Əliyev bu məsələni qaldırdı və böyük məmnuniyyətlə qarşılandı. Az keçməmiş bazar yaradıldı və hər iki tərəfin əhalisi bu bazardan faydalandı. O dövrdən başlayaraq iki qonşu ölkə arasında ticarət əlaqələri inkişaf edərək bu günkü yüksək səviyyəsinə çatdı.

30 ilə yaxındır ki, torpaqlarımızı işğal altında saxlayan ermənilər burada nəinki daşı üstünə daş qoymayıblar, əksinə, qoyulan daşları da dağıdıblar. Artıq İran ilə sərhəd rayonlarımız azad edilib. Şübhəsiz ki, Cəbrayıl və Zəngilan rayonları abadlaşacaq, tikilib, qurulacaq və iranlılar da abad regionla qonşu olacaqlar.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM