Alternative content

08:37 28 Noyabr 2020
ONLINE XƏBƏR LENTİ
00:35 28.11.2020 Biz hərb istəmirdik
00:26 28.11.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Tural Gəncəliyev işğal olunmuş ərazilərimizdə yaşayan erməni sakinlərə və işğalçı Ermənistan ordusunun əsgərlərinə növbəti dəfə müraciət edib
Tural Gəncəliyev işğal olunmuş ərazilərimizdə yaşayan erməni sakinlərə və işğalçı Ermənistan ordusunun əsgərlərinə növbəti dəfə müraciət edib
ANA SƏHİFƏ / CƏMİYYƏT
11:25 26.10.2020

Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev işğal olunmuş ərazilərimizdə yaşayan erməni sakinlərə və işğalçı Ermənistan ordusunun əsgərlərinə növbəti dəfə erməni dilində müraciət edib.

İcmadan AZƏRTAC-a bildiriblər ki, müraciətdə deyilir:

"Azərbaycan Respublikasının işğal altındakı Dağlıq Qarabağ bölgəsində yaşayan erməni əsilli vətəndaşları.

Mən sizə Bakı şəhərinin mərkəzində yerləşən erməni kilsəsinin həyətindən müraciət edirəm. Sizi əsir kimi saxlayan, işğalçı Ermənistan və onun tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində yaradılmış cinayətkar xunta rejimi məqsədli şəkildə hərbi obyektləri yaşayış məntəqələrinə yaxın yerləşdirməklə sizlərin həyatını birbaşa təhlükəyə atır.

Sizdən xahiş edirəm ki, döyüşlərin getdiyi bölgələrdə yaşayış məntəqələrinə yaxın ərazilərdə yerləşdirilmiş hərbi obyektlərdən uzaq durun. Azərbaycan Respublikasının tam hüquqlu vətəndaşları kimi, sizlərin həyat və sağlamlığınızı qorumaq üçün Azərbaycan Silahlı Qüvvələri bütün təhlükəsizlik tədbirlərini görsə də, mülki vətəndaşlar kimi sizin məsuliyyətli olmağınız və hərbi obyektlərdən uzaqlaşmağınız öz təhlükəsizliyiniz üçün çox vacibdir. Müharibənin ən qısa zamanda yekunlaşması və Azərbaycanın tarixi ərazisi olan Dağlıq Qarabağ bölgəsində sülhün və əmin-amanlığın bərqərar edilməsi üçün sizi – Azərbaycan Respublikasının erməni əsilli vətəndaşlarını silahı yerə qoymağa və Azərbaycan Ordusuna dəstək olmaqla, xunta rejiminin mövcudluğuna son qoymağa çağırıram.

İşğal altındakı torpaqlar azad olunan kimi Dağlıq Qarabağda yaşayan erməni sakinlərinin bütün hüquqları hər bir Azərbaycan vətəndaşında olduğu kimi, ən yüksək səviyyədə təmin ediləcək. Sizin sosial, iqtisadi və humanitar ehtiyaclarınız Azərbaycan dövləti tərəfindən tam şəkildə qarşılanacaq.

İşğaldan azad ediləcək Dağlıq Qarabağ bölgəsində sizin xoşbəxt və firavan gələcəyinizə Azərbaycan Respublikası təminat verəcək. Bizim sadə mülki vətəndaşlarla heç bir problemimiz yoxdur.

İllər keçsə də, Şuşadakı şahmat məktəbində mənimlə birlikdə təhsil alan erməni qonşularımızla xoş xatirələrimi hələ də unutmamışam. Biz o şahmat məktəbini də, həmin məktəbdə erməni və azərbaycanlı şagirdlərin birgə tədris almasını da yenidən bərpa edəcəyik! Bizim övladlarımız sülh şəraitində, birlikdə firavan yaşayacaqlar.

Həmçinin, Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz şəkildə hərbi əməliyyatlarda iştirak edən erməni əsgərlərinə də müraciət edirəm ki, silahı yerə qoyun və Azərbaycan Ordusuna müqavimət göstərməyin. Silahı yerə qoyduğunuz və Azərbaycan əsgərlərinə təslim olacağınız təqdirdə, sizinlə Cenevrə Konvensiyasının tələblərinə tam uyğun şəkildə, şərəf və ləyaqətinizə hörmət edilməklə davranılacaq.

Toxunmaq istədiyim başqa bir məsələ isə hərbi əməliyyatlar zamanı zərər görmüş Şuşanın Qazançı kilsəsi ilə bağlıdır. Bildirirəm ki, Qazançı kilsəsinin zədələnməsi ilə nəticələnən insident Azərbaycan tərəfindən mütləq araşdırılacaq. Bizdə şübhələr var ki, bu, təxribatdır. Hər bir halda, bu məsələ ciddi şəkildə araşdırılacaq və nəticəsindən asılı olmayaraq, Qazançı kilsəsi Azərbaycan Respublikası tərəfindən bərpa ediləcək.

Azərbaycan Respublikasının bərabərhüquqlu vətəndaşları kimi biz və siz füsunkar Dağlıq Qarabağın iqtisadi inkişafı və tərəqqisinin canlı şahidləri olacağıq, hamımız bundan yararlanacağıq.

Sonda bildirmək istəyirəm ki, Xankəndinin deputatı olaraq sizdən – Dağlıq Qarabağ bölgəsinin erməni sakinlərindən gələn bütün mesajları şəxsən oxuyuram və xüsusilə sülh şəraitində birgəyaşayışa dəstək verdiyinizi görmək məni sevindirir. Deputat olaraq mənimlə istənilən vaxt "Facebook” səhifəm yaxud elektron poçt ünvanım vasitəsilə əlaqə saxlaya, sizi narahat edən məsələlərlə bağlı müraciət edə bilərsiniz.

Sizinlə Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində sülh şəraitində birgə yaşamaq ümidi ilə!





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM