25 Oktyabr 2020 00:38
581
SİYASƏT
A- A+

Ceyhun BAYRAMOV: “Paşinyan tərəfindən son dəqiqələrdə edilən cəhd qaçılmaz olanı dayandırmaq idi”


Oktyabrın 16-na keçən gecə Azərbaycanın ikinci şəhəri olan Gəncəyə Ermənistan tərəfindən "Skud” raketləri atıldı. Gecə saatlarında və təxliyə ilə bağlı əvvəlcədən xəbərdarlıq edilmədən, hücum edilərək evlər və günahsız ailələr hədəf alındı. On dörd mülki şəxs həlak oldu; digər 40 nəfər ağır yaralandı.

Bu barədə Xarici İşlər naziri Ceyhun Bayramovun "The Washington Times” qəzetində dərc olunmuş "Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir. Bu əsasda Ermənistanla müharibə bitirilə bilər” adlı məqaləsində deyilir. AZƏRTAC məqaləni təqdim edir.

Bu ikinci hücum üçüncü ola bilərdi. Hərbi kəşfiyyat keçən həftə Ermənistan tərəfindən bir raket batareyasının şəhəri vurmaq məqsədilə Azərbaycan ilə sərhədə doğru gətirildiyini bildirmişdi. Ermənistan Müdafiə Nazirliyindən xüsusi icazə tələb olunaraq planlaşdırılan hücum - əvvəlki kimi - yalnız ölkə rəhbərliyinin birbaşa əmri ilə həyata keçirilə bilər.

Raket batareyasını məhv etməkdən başqa bir seçim yox idi. Yalnız hərbi hədəfi vurmaq və məqsədyönlü şəkildə uzun mənzilli "Skud” raketi ilə günahsız mülki insanları hədəf almaq arasında böyük bir fərq var. Gəncə işğal altındakı Dağlıq Qarabağdan 60 km məsafədə yerləşir, bu, bizim müharibəyə qayıtmağımızın səbəbidir.

Bu münaqişənin necə təqdim edildiyi və reallıqda necə olduğu arasında da bir fərq var. Buna sərhəd mübahisəsi deyilir; hətta bəzilərinin görmək istədiyi kimi, rəqib dünya gücləri arasındakı proksi müharibə kimi qələmə verilir. Əslində isə bu, Azərbaycan ərazisində baş verən müharibədir. Bu müharibə Ermənistanın işğalı və iyirmi ildən çoxdur ki, Dağlıq Qarabağı və onun ətrafındakı yeddi ərazini işğal etməsindən qaynaqlanır. Gəncə şəhərinə davamlı şəkildə edilən hücumlar isə onu göstərir ki, bu müharibə artıq Azərbaycan ərazilərinə yayılır, hansı ki münaqişə zonası deyil və heç vaxt da olmayıb.

Azərbaycanın 20 faiz ərazisinin işğalı ilə nəticələnən 1988-94-cü illərin müharibəsindən bəri sülh yolu ilə geri qaytarılması üçün ölkəmiz 30 ilə yaxın danışıqlar apardı. Çox məyusedici haldır ki, beynəlxalq ictimaiyyət beynəlxalq hüququn aliliyinin tətbiq edilməsində uğursuzluq ilə nəticələnən işğalçı ölkəyə rahatlıq verən bir yanaşmanı qəbul edib.

Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ikinci bir Ermənistanın - qondarma "Dağlıq Qarabağ respublikası”nın heç bir gələcəyi yoxdur. Bu, fikir deyil, həqiqətdir: bu, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının ardıcıl şəkildə qəbul edilmiş dörd qətnaməsi vasitəsilə beynəlxalq hüquqda təsbit edilib.

ABŞ-dan Rusiyaya kimi, hətta Ermənistanın özü də - hər bir ölkə Azərbaycanın ərazi bütövlüyünün qanuniliyini və Dağlıq Qarabağı onun ayrılmaz tərkib hissəsi kimi tanıyır. Bundan əlavə olaraq, Azərbaycan sülh əldə edildiyi təqdirdə Dağlıq Qarabağa mümkün olan ən yüksək muxtariyyət verilməsi barədə öhdəliyini dəfələrlə bildirib.

Beləliklə, separatçılarla danışıqlar aparacaq heç bir məsələ yoxdur: legitim olaraq Dağlıq Qarabağı ev adlandıra bilən hər bir şəxsin ehtiyacı nəzərə alınmalı - istər erməni etnik mənsubiyyətinə, istərsə də 1988-94-cü illərin müharibəsi dövründə evlərindən didərgin düşmüş bir milyona yaxın azərbaycanlı qaçqın - və Azərbaycanın ayrılmaz hissəsi kimi eyni torpaqda və sülh şəraitində birlikdə yaşamaq üçün bir yol tapmalıdır.

Bu, mümkündür. Azərbaycanda, eyni zamanda, müsəlman, yəhudi və ortodoks xristian dini nümayəndələri, eləcə də azərbaycanlılar, ruslar, ləzgilər, avarlar, talışlar, gürcülər, saxurlar və digər millətlər yaşayır. İşğal olunmuş ərazilər istisna olmaqla 30 min erməni Azərbaycanı vətən adlandırır. Bu ölkə nə monolit bir etnos, nə də tək dinin olduğu bir məkan deyil.

Lakin indiki vaxtda, Ermənistanın hazırkı hökuməti destruktiv gündəliyini irəli sürməyə davam edir. Atəşkəs ilə bağlı Moskvada baş tutmuş son danışıqlar zamanı, onların diplomatları danışıqların on birinci saatında hər hansı bir razılaşma imzalanmadan əvvəl separatçıların danışıqlar masasına oturmalarını israr etdilər. Bu, Azərbaycan və evsahibliyi edən ölkə tərəfindən rədd edildi. Hər bir halda, maliyyələşdiriciləri artıq əks tərəfdə oturduğu halda proksilərlə danışmaq üçün heç bir səbəb yoxdur.

Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən son dəqiqələrdə edilən cəhd qaçılmaz olanı dayandırmaq idi. Bunun müxalifət liderləri və jurnalistlərin həbslərinin kəskin artması fonunda ölkəsindəki idarəetmədə olan uğursuzluğundan yayınma cəhdi olduğunu düşünürük. Münaqişədən əvvəl bu rəhbərliyin seçki vədlərini yerinə yetirməsi üçün çağırışlar sürətlə artmaqda idi.

Bu şahidi olduğumuz, onun qarşıdurmanı genişləndirmək motivasiyasıdır. Hazırda Paşinyan Amerikada, xüsusilə də Ermənistan-Amerika və dünya diasporasında bunu həqiqətə uyğun olmayan bir şəkildə həyati bir təhlükə kimi qələmə verməyə çalışır; yalnız Ermənistan dövlətinə deyil, hər yerdə olan bütün ermənilərə qarşı. Azərbaycan isə Ermənistanla qonşu olaraq sülh və firavanlıq içində yaşamaq istəyir. Bütün ümumi çətinliklərimiz Ermənistanın təcavüzü, işğalı və sülh üçün mümkün olan yeganə şərtə, qoşunlarını torpaqlarımızdan çıxarmağa riayət etməməsindən qaynaqlanır. Fərqli yaşamağı öyrənməliyik.

Yalnız biz əvvəldə də, yolun sonunda da doğru olanlardan başlayırıq: Dağlıq Qarabağ Azərbaycanın bir hissəsidir. Bu əsasda bu müharibəyə son qoya bilərik və barışıq yolunu tuta bilərik.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video