25 Oktyabr 2020 00:37
471
SİYASƏT
A- A+

Ermənistanın işğalçılıq siyasəti bu dəfə CNN televiziyasında ifşa edildi


Ermənistanın işğalçılıq siyasəti bu dəfə CNN televiziyasında ifşa olundu. Belə ki, Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan oktyabrın 23-də tanınmış xanım aparıcı Kristin Amanpura müsahibə verib.

AZƏRTAC xəbər verir ki, müsahibə başlamamışdan əvvəl qısa şərh verən aparıcı Dağlıq Qarabağın rəsmi şəkildə Azərbaycanın tərkib hissəsi olduğunu bildirir. Beləliklə, müsahibəyə başlamazdan əvvəl tamaşaçıları problemin mahiyyəti barədə məlumatlandırmış olur. Daha sonra Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovun fikirlərindən sitat gətirərək ölkəmizin mövqeyini, BMT Təhlükəsizlik Şurasının mövcud qətnamələrini diqqətə çatdırır. Mnatsakanyan isə beynəlxalq hüquq müstəvisindən deyil, sadəcə, boş fikirlər səsləndirir və guya dinc ermənilərin müharibə zamanı qətlə yetirildiyini bildirir. Elə həmin anda Gəncədə mülki obyektlərə atılan atəş nəticəsində dağılmış evlərin görüntüsü yayımlanır. Bu, erməni nazirin uydurma iddialarına ən tutarlı cavab olur.

Aparıcı yenidən BMT Təhlükəsizlik Şurasının qətnamələrini xatırladır. Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal olunması faktını səsləndirir və 2008-ci il martın 14-də BMT Baş Assambleyasının iclasında "Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət” adlı qətnamənin qəbul olunduğunu xatırladaraq, sənəddə Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasının və azərbaycanlı əhalinin öz evlərinə geri qayıtmasının tələb olunduğunu qeyd edir.

Kristin Amanpur daha sonra baş nazir Nikol Paşinyanın "Qarabağ Ermənistandır” kimi sərsəm bəyanatına istinad edərək bunun Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi niyyətindən xəbər verdiyini deyir və bu millətçi açıqlamanın nəyə hesablandığını soruşur. Erməni nazirin suala konkret cavab vermədiyini görən aparıcı xanım Amanpur bir daha "Bu açıqlama, Ermənistanın Qarabağı özünə birləşdirmək istəməsi kimi qəbul edilə bilərmi?” sualını verir. Müsahibə boyu cavablarında obyektiv yanaşma sərgiləməyi bacarmayan nazir bu suala cavabında da Paşinyanın fikirlərinin gah kontekstdən çıxarıldığını dedi, gah da dolayısı yolla bu açıqlamanın beynəlxalq hüquqa zidd olduğunu etiraf etmiş oldu. Bu müsahibə bir daha göstərdi ki, artıq beynəlxalq ictimaiyyət də Ermənistanın iddialarının heç bir hüquqi əsasının olmadığını qəbul edir və bu ölkənin işğalçılıq siyasətinə son qoymasını tələb edir. Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan bir müddət əvvəl BBC telekanalında yayımlanan "HardTalk” verilişinə və BBC-nin müxbiri Conah Fişerə müsahibələrində də beynəlxalq hüququ tapdadıqlarını, aqressiv siyasət yürütdüklərini nümayiş etdirmişdi.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video