Alternative content

15:56 25 Noyabr 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Gənclər balaca Xədicəyə dəstək olublar
Gənclər balaca Xədicəyə dəstək olublar
ANA SƏHİFƏ / CƏMİYYƏT
00:36 25.10.2020


Sentyabrın 27-də cəbhədə döyüşlərin başladığı vaxtdan YAP Gəncə şəhər təşkilatının fəal fəalları, könüllüləri arxa cəbhədə Vətən qarşısında borclarını yerinə yetirməyə çalışır, əllərindən gələn köməkləri əsirgəmirlər.

Şəhər sakinləri arasında təbliğat və maarifləndirici tədbirlərin həyata keçirilməsində, düşmənin informasiya təxribatlarının qarşısının alınmasında, Vətən uğrunda canlarından keçən şəhidlərin dəfnində, ağır raket atəşinə tutulmuş, yaşayış yerlərini müvəqqəti tərk etmək məcburiyyətində qalmış və təhlükəsiz yerlərdə yerləşdirilmiş uşaq, qadın və qocalara humanitar kömək göstərilməsində, o cümlədən dərman, gigiyenik vasitələrin paylanmasında, ərzaqla təmin edilməsində gənclər böyük ruh yüksəkliyi ilə iştirak edirlər.

İşğalçı Ermənistan ordusunun raket zərbələri nəticəsində Gəncənin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binalarının yerlə-yeksan edildiyi, dinc sakinlərin qətlə yetirildiyi, yaralandığı hər terror aktında YAP Gəncə şəhər təşkilatının gəncləri ziyan görmüş mülki vətəndaşların, gözüyaşlı sakinlərin yanında olub, onlara dəstək olmağa çalışıblar. Növbəti dəfə gənclər oktyabrın 17-də erməni silahlılarının Gəncəyə atdığı raket zərbəsindən həlak olan Şahnəzərovlar ailəsindən yeganə sağ qalan balaca Xədicəyə baş çəkiblər. Gənclər gördükləri dəhşətdən hələ də özünə gələ bilməyən balaca Xədicəyə müxtəlif oyuncaqlar, gəlinciklər hədiyyə edib, maddi və mənəvi dəstək göstəriblər.

Qeyd edək ki, həmin gecə Xədicə Şahnəzərovanın atası, anası və yaşyarımlıq bacısı Mədinə erməni vandalizminin qurbanı olublar.

Sabir ƏLİYEV,

"Azərbaycan”





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM