Alternative content

15:47 25 Noyabr 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Hünərinə alqış!
Hünərinə alqış!
ANA SƏHİFƏ / CƏMİYYƏT
00:32 25.10.2020


Azərbaycanın mərd əsgər və zabitləri, əziz oğullarım ! Siz Azərbaycan tarixinin yeni şanlı səhifələrini yazırsınız. Torpaqlarımızın mənfur düşmənin işğalından azad edilməsində qətiyyətli, qorxmaz, döyüşkən, nikbin ruhlu olmağınız bir ana kimi mənim də ürəyimi dağa döndərir.

Bilin ki, düşmən sizdən çox qorxur. Onu öz faşist yuvasına kimi qovun. Ona elə bir tarixi dərs verin ki, bizim Vətənimizin, Azərbaycanın adını çəkməyə, bu tərəflərə baxmağa belə cürət etməsin.

Bilin ki, bütün analar kimi mən də sizə hər gün dua edirəm. Sizə Allahdan cansağlığı, dözüm, mərdlik, mətinlik diləyirəm, mənəvi dayaq olmağıma sevinirəm. Çünki siz düşmənə aman vermirsiniz, düz də edirsiniz. Qaniçən, kəmfürsət yağıya heç bir güzəşt ola bilməz!

Mən xalqımıza, ayrı-ayrılıqda sizin hər birinizə Qələbə sevinci arzu edirəm.

Əziz əsgər balam! Əgər evlisənsə, isti ocağına, körpələrinin yanına sağ-salamat, zəfərlə qayıdasan. Əgər subaysansa, sənə "Vağzalı” ilə gəlin gətirmək qismət olsun bizlərə.

Sənin hünərinlə neçə illərdir yağı tapdağında inləyən torpaqlarımız və narahat şəhid ruhları dinclik tapacaq, həsrətlilər yurd-yuvasına qovuşacaq.

Başda Prezidentimiz, Ali Baş Komandan, möhtərəm İlham Əliyev olmaqla yaşasın Azərbaycan xalqı! Yaşasın Azərbaycan Ordusu! Qarabağ Azərbaycandır!

Gülxanım KAZIMOVA,

Bakı şəhər sakini





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM