Alternative content

10:02 01 Dekabr 2020
ONLINE XƏBƏR LENTİ
00:31 01.12.2020 ŞUŞANIN BAYRAMI
00:24 01.12.2020 Məmmədbəyli türbəsi
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İsrail və Azərbaycan: faktların təsdiqi
İsrail və Azərbaycan: faktların təsdiqi
ANA SƏHİFƏ / CƏMİYYƏT
19:02 24.10.2020

Azərbaycan-İsrail dostluğu onilliklər ərzində dərin kök salıb və daha da genişlənəcək. Çünki hər iki xalq innovasiya, tərəqqi, ən əsası, dəyərlərə və arzulara olan hörməti bölüşür.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu fikirlər Bakı şəhəri Dağ Yəhudiləri dini icmasının sədri Melih Yevdayevin İsrailin "Jewish Journal” nəşrində dərc olunan məqaləsində yer alıb.

İsrail-Azərbaycan münasibətlərindən bəhs edən məqalədə bu iki ölkə arasındakı dərin və möhkəm dostluğu kiçiltmək, insanları Azərbaycanın dözümsüz olduğuna, Ermənistanın indiki təcavüzünün isə cinayət olmadığına inandırmaq üçün edilən uğursuz cəhdlər pislənilir. M.Yevdayev yazır: "Ömürboyu Azərbaycanın yəhudi vətəndaşı olaraq ilk təcrübəmdən bilirəm ki, doğulduğum və Azərbaycan yəhudilərinin iki nəslini qürurla böyüdən bu torpaq, əslində, tolerantlıq və çoxmədəniyyətli harmoniya sütunları üzərində qurulmuş ölkədir. Azərbaycan nə İsrail, nə də yəhudi xalqı üçün yeni dost deyil. Bu dostluq əlaqələri əsrlərin dərinliklərinə gedib çıxır”.

Məqalədə vurğulanır ki, Azərbaycandakı Qırmızı qəsəbə İsrail və ABŞ xaricində ən böyük yəhudi şəhərciyi, Avropada qorunan sonuncu yerdir. Qonşu bölgələrdə yəhudilər təcavüzkar, antisemit təhdidlərlə üzləşdikdə, Azərbaycan liderləri yəhudilərin müdafiəsini təmin etmək üçün illər əvvəl qəbul olunmuş təhlükəsiz sığınacaq veriblər. Bu gün də Aşkenaz, Gürcüstan və Bakıdakı nadir Dağ Yəhudi İcmasını təmsil edən 30 min yəhudi Azərbaycanda sülh şəraitində yaşayır. Yazıda, həmçinin deyilir: "Bakı Dağ Yəhudi İcmasının rəhbəri olaraq mən nadir yəhudi ənənələrimizin müxtəlifliyinin və ehtiramının bayram edilməsinə hökumətimizin və milli mədəniyyətimizin nə qədər yüksək vəsait qoyduğunun şəxsən şahidi olmuşam. Bunu Azərbaycan hökuməti tərəfindən tikilmiş və yenidən qurularaq icmamıza hədiyyə edilmiş gözəl sinaqoqlarımızda görə bilərsiniz. Bunu yüzlərlə şagirdin təhsil aldığı geniş pravoslav yəhudi məktəbində görə bilərsiniz. Siz, həmçinin bunu bizim məscid və kilsələrdə, pravoslav, katolik, baptist və ən əsası, erməni kilsəsində görə bilərsiniz”.

Yazıda Qarabağ müharibəsinin qəhrəmanlarından biri olan Albert Aqarunov haqqında da söz açılır. Azərbaycan torpaqlarının bütövlüyü uğrunda döyüşlərdə qəhrəmancasına həlak olan dağ yəhudisi Albert Aqarunovun ölkənin ən yüksək mükafatı olan Milli Qəhrəman adına layiq görülməsi, Bakıdakı küçələrdən birinə onun adının verilməsi qürur hissi ilə qeyd edilir. Bunun əksinə olaraq, antisemitizmin köhnə problem olduğu Ermənistanda, nasist əlaltısı Qaregin Njdeyə heykəl qoyulması faktı vurğulanır. Məqalədə, həmçinin vurğulanır: "Biz əksəriyyəti müsəlman olan Azərbaycanda yəhudi Milli Qəhrəmanına abidə ucaldırıq, Ermənistanda isə nasistlərlə əməkdaşlıq edənə abidə ucaldılır!”

Bunlar çətin, lakin vacib amillərdir. Bu amillər münasibətlərin həyat qabiliyyətini müəyyən etmək üçün böyük əhəmiyyət daşıyır. Ermənistanın Azərbaycanın işğalına və onu qaralamasına sərf etdiyi güc və maliyyə, İsrail və Azərbaycan kimi ölkələrin diqqət mərkəzində olduğu inanılmaz imkanlara sərmayə qoymaq əvəzinə boşluğu dərinləşdirir.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM