Alternative content

14:31 25 Noyabr 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Avstraliyada yük maşınları üzərində Azərbaycan həqiqətləri barədə elektron məlumatlandırma aksiyası keçirilib
Avstraliyada yük maşınları üzərində Azərbaycan həqiqətləri barədə elektron məlumatlandırma aksiyası keçirilib
ANA SƏHİFƏ / SİYASƏT
16:52 24.10.2020
Avstraliyanın Sidney və Melburn şəhərlərində yaşayan azərbaycanlıların təşəbbüsü ilə xüsusi yük maşınlarının üzərində Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri əks etdirən elektron məlumatlandırma aksiyası keçirilib.

Bu barədə AZƏRTAC-ın Avstraliya üzrə xüsusi müxbirinə məlumat verən Azərbaycan icmasının nümayəndələri bildiriblər ki, məqsəd Avstraliya ictimaiyyətini artıq 30 ildir davam edən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə obyektiv məlumatlandırmaqdan ibarətdir. Bu məqsədlə Azərbaycan icmasının səyi ilə hazırlanan xüsusi elektron slaydlar Sidney və Melburn şəhərlərində sifarişlə götürülmüş yük maşınlarının üzərində yerləşdirilib. Həmin slaydlarda həm ingilis dilində şüarlar, həm də ermənilərin dinc sakinlərə hücumu nəticəsində həlak olmuş, yaralanmış körpələri, dağılmış obyektləri əks etdirən fotolar və videoçarxlar yer alıb. Şüarların arasında "Mən Azərbaycandanam və bizim torpaqlarımızın 20 faizi Ermənistan tərəfindən işğal edilib”, "Erməni işğalına son!”, "Azərbaycan ədalət tələb edir!”, "Biz terrora yox deyirik!”, "Qarabağ Azərbaycandır!”, "İşğalçı dövlətə dəstəyi dayandırın!”, Ermənistanın baş naziri N.Paşinyana müraciətlə "Sən yalnız öz xalqını aldada bilərsən!”, "Xocalıya ədalət!”, Azərbaycan və Ermənistan ordularının hədəfə aldığı obyektlərin fərqini əks etdirən kompozisiya və "Fərqi hiss edin!” yazısı diqqəti xüsusilə cəlb edir. Bununla yanaşı, həmin slaydlarda BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri, Gəncə şəhərinə raket hücumunun fotoları da əks olunub.

Qeyd edək ki, yük maşınları gün ərzində Sidneydə yaşayan ermənilərin etiraz aksiyası ilə eyni vaxtda şəhərin mərkəzi küçələrini dolanıb. Bəzi hallarda onlarla bərabər hərəkət edərək, Ermənistan dövlətinin cinayətkar siyasətinin mahiyyətini yerli sakinlərə çatdırıb. Əlbəttə, azərbaycanlıların bu sülhməramlı aksiyası ermənilər tərəfindən təxribatsız ötüşməyib. Belə ki, ermənilərin idarə etdiyi avtomobillərdən yük maşınlarının birinə müxtəlif əşyalar atılıb, onun qarşısını kəsərək təhlükəli manevrlər edən sürücülər qəza vəziyyəti yaratmağa çalışıblar.

Sidneydə və Melburnda yaşayan azərbaycanlılara həmrəylik rəmzi olaraq, bənzər aksiya eyni gündə Avstraliyanın Kvinslend ştatının Brizben şəhərində də keçirilib. Ştatda yaşayan azərbaycanlıların dəstəyi ilə "Azerbaijani Community of Queensland” cəmiyyəti tərəfindən təşkil edilən tədbirdə əsas məqsəd yerli əhalini Qarabağ həqiqətləri, Azərbaycanın işğal olunmuş torpaqları və Gəncə şəhərində törədilmiş terror hücumları barədə məlumatlandırmaqdan ibarət olub. Elektron məlumat lövhələrinin quraşdırıldığı yük avtomobilləri əhalinin sıx yaşadığı ərazilər üzrə hərəkət edərək yerli əhalinin diqqətini baş verən proseslərə cəlb edib.





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM