Alternative content

14:11 25 Noyabr 2020
ONLINE XƏBƏR LENTİ
00:23 25.11.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Tərtərin Kəbirli kəndinə atılan raket 16 yaşlı gəncin ölümünə səbəb oldu - erməni faşizmi davam edir
Tərtərin Kəbirli kəndinə atılan raket 16 yaşlı gəncin ölümünə səbəb oldu - erməni faşizmi davam edir
ANA SƏHİFƏ / SİYASƏT
16:49 24.10.2020

Ermənistanın silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq, dinc əhaliyə qarşı terror əməllərini davam etdirir. Oktyabrın 24-də səhər saatlarında erməni hərbçiləri tərəfindən Tərtər rayonunun Kəbirli kəndinə raket atılması nəticəsində bağda xurma dərən 2004-cü il təvəllüdlü İsmayılzadə Orxan Rəhbər oğlu həlak olub.

AZƏRTAC-ın cəbhə bölgəsinə ezam olunmuş müxbiri Kəbirli kəndində raketin düşdüyü yerə gedərək kənd sakinləri ilə həmsöhbət olub.

Kənd sakini Nurlan Baratzadə hadisə barədə danışarkən deyib: "Raket atılan vaxt səsə evdən çıxdım. Uşaqların ağlamaq səsini eşitdim. Kömək istəyirdilər. Qaçaraq bağa gəldim. Gördüm iki uşaq Orxanın yanında durub. Orxan da üzü üstə yerə uzanmış halda idi, tərpənmirdi...”

Ermənilərin məqsədinin dinc azərbaycanlı əhalini qorxutmaq olduğunu söyləyən kənd sakini Xasay Məmmədov deyib: "Mənfur düşmən istəyir ki, dinc əhalini atəşə tutub təxribat yaratsın, camaatı qorxutsun. Amma bizim güclü ordumuz var, əsgərlərimizə güvənirik. Düşmən elə bilir ki, yenə də 1990-cı illərdi. O zaman bizim belə ordumuz yox idi. İndi isə qüdrətli dövlətimiz, güclü ordumuz var. İşğalda olan torpaqlarımız azad edilir. İnşallah qələbə bizim olacaq".




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM