Alternative content

02:15 28 Noyabr 2020
ONLINE XƏBƏR LENTİ
00:35 28.11.2020 Biz hərb istəmirdik
00:26 28.11.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “YNET” portalı: Gəncənin yəhudi icması Ermənistan tərəfindən bombardmana məruz qalıb
“YNET” portalı: Gəncənin yəhudi icması Ermənistan tərəfindən bombardmana məruz qalıb
ANA SƏHİFƏ / SİYASƏT
15:04 24.10.2020

Azərbaycanın Dağlıq Qarabağ bölgəsində şiddətli müharibə davam edir.

AZƏRTAC xəbər verir ki, İsrailin populyar "YNET” saytında dərc edilmiş "Gəncənin yəhudi icması Ermənistan tərəfindən bombardmana məruz qalıb və müharibəyə qoşulub” sərlövhəli məqalə bu mövzuya həsr edilib.

Qeyd etmək lazımdır ki, "YNET” dünyada ən yaxşı 1500 saytın və İsraildə ən yaxşı 10 saytın sırasına daxildir. "Google Trends” axtarış sisteminin rəyinə görə "YNET” İsrailin ən populyar internet portalıdır.

Məqalənin müəllifi İtamar Eyhner qeyd edir ki, Azərbaycanın Gəncə şəhərindəki yəhudi icması Ermənistan ordusu tərəfindən ballistik raketlərlə güclü hücumlar nəticəsində ciddi ziyan çəkib.

Ermənistan tərəfindən buraxılmış raket icma üzvlərindən birinin evindən təqribən 300 metr məsafədə düşüb, xoşbəxtlikdən zərərçəkən olmayıb. Habadanın yerli emissarı ravvin Şneor Seqal deyir: "Təəssüf ki, bombardman nəticəsində Gəncədəki yəhudi ailələrinin çoxunun evləri zədələnib. Böyük möcüzədir ki, xəsarət alan olmayıb”.

Son günlərdə təcavüzkar Ermənistandan Gəncəyə çoxlu bomba atılıb. Ermənistan ordusunun raket hücumları nəticəsində 20-dən çox dinc sakin həlak olub, 130-dan çox adam, o cümlədən uşaqlar yaralanıb. Bu şəhərdə Azərbaycanın yəhudi diasporunun təqribən 800-1000 nümayəndəsi yaşayır.

Ş.Seqal deyir: "Mən Şabbatdan dərhal sonra Gəncəyə gəldim, icma üzvləri ilə söhbətlər apardım. Raket hücumundan zərər çəkmiş rayonlara baxdıq. Dəhşətli mənzərə idi – Ermənistanın hücumu nəticəsində onlarca ev dağıdılıb”.

Məqalədə qeyd edilir ki, Gəncə şəhəri Xankəndidən təqribən 100 kilometr şimalda yerləşir.

"Azərbaycan müsəlman ölkəsidir, lakin siz burada özünüzü tam rahat hiss edirsiniz”, - deyən Seqal vurğulayır ki, yəhudi icmasının üzvləri də Ermənistan tərəfindən atəşə məruz qalmalarına baxmayaraq, döyüş əzmindədirlər.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM