Alternative content

10:00 01 Dekabr 2020
ONLINE XƏBƏR LENTİ
00:31 01.12.2020 ŞUŞANIN BAYRAMI
00:24 01.12.2020 Məmmədbəyli türbəsi
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV ÜST rəhbəri “pandemiyanın böhran mərhələsi” barədə: dünyamızı çətin günlər gözləyir
ÜST rəhbəri “pandemiyanın böhran mərhələsi” barədə: dünyamızı çətin günlər gözləyir
ANA SƏHİFƏ / CƏMİYYƏT
12:16 24.10.2020
Dünya COVID-19 pandemiyasının böhran mərhələsindədir. Hazırda planetimizin Şimal yarımkürəsində xüsusilə ağır vəziyyət yaranıb.

AZƏRTAC BMT saytına istinadla xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus bu fikirləri brifinqdə söyləyib. Onun sözlərinə görə qarşıdakı bir neçə ay bir sıra ölkələr üçün çox ağır sınaq dövrü olacaq.

Artıq indidən bir sıra dövlətlərdə xəstəliyin həndəsi silsilə üzrə artması müşahidə olunur. Nəticədə xəstəxanalar və intensiv terapiya şöbələri öz imkanlarının son həddində işləməyə məcburdur. ÜST-nin baş direktoru dünya liderlərinə müraciətlə ölüm hallarının artmasının, milli səhiyyə sistemlərinin imkanlarının tükənməsinin və məktəblərin yenidən bağlanmasının qarşısını almaq üçün təcili tədbirlər görməyə çağırıb. Qebreyesus hökumətlərin dərhal görməli olduğu tədbirlərlə bağlı 5 bəndin adını çəkib. O deyib: "Birincisi, ən son məlumatlar əsasında sizin ölkədə pandemiyanın yayılması ilə bağlı cari vəziyyəti qiymətləndirin. Mən COVID-19-u nəzarətə götürməyə nail olmuş ölkələrə müraciət etmək istəyirəm: xəstələnmə hallarının aşağı səviyyəsinin qoruyub saxlamaq üçün səyləri ikiqat artırmaq lazımdır. Virusun sizin ölkədə yenidən vəziyyəti gərginləşdirməsinə imkan verməyin!

İkincisi, xəstələnmə və hospitallaşma hallarının sayının artdığı ölkələr vəziyyəti obyektiv təhlil etməli və virusa qarşı mübarizə strategiyasına düzəliş etməlidirlər.

Üçüncüsü, konkret regionda pandemiyanın vəziyyəti və ölkənin pandemiyaya qalib gəlməsi üçün hər bir vətəndaşdan nə tələb olunması barədə ictimaiyyətə açıq məlumat verilməlidir.

Dördüncüsü, vətəndaşların onlara tövsiyə edilmiş təhlükəsizlik tədbirlərinə riayət etmələrini sadələşdirən sistemlər tətbiq olunmalıdır. Əgər insanlara təcrid olunmaq, karantinə getmək və ya işini müvəqqəti dayandırmaq əmr edilirsə, hökumətlər bu tədbirlər nəticəsində zərər çəkmiş ailələrə, kollektivlərə və müəssisələrə imkan daxilində kömək göstərməlidirlər.

Beşincisi, hökumət müəssisələri virusa yoluxmuş insanlarla daim əlaqə saxlamalı və onların bundan sonra nə etmələri barədə müfəssəl təlimat verməlidirlər. Əgər həkimlər xəstələrlə əlaqələri izləmə sistemlərini nizamlamağa və yoluxanların təcrid olunması üzərində səyləri birləşdirməyə nail olsalar, onda məcburi ümumi karantindən yaxa qurtarmaq mümkün olar”.

Doktor Qebreyesusun sözlərinə görə, virusa qarşı mübarizənin əsas strategiyası resursların ədalətli paylanması olmalıdır. İndiki vəziyyətdə ən mühüm resurs oksigendir. Bir çox ölkələrdə nəfəs almaqda çətinlik çəkən pasiyentlərə kömək etmək üçün oksigen, sadəcə çatışmır. Pandemiya səbəbindən oksigenə ehtiyac həndəsi silsilə üzrə artmaqdadır. İyun ayında COVID-19-a yoluxma hallarının nisbətən az olduğu dövrdə oksigenə qlobal tələbat təqribən gündə 88 min balona bərabər idi. Oktyabr ayında bu göstərici artaraq, gündə 1,2 milyon balona çatıb.

ÜST-nin baş direktoru deyib: "ÜST inkişaf etməkdə olan ölkələrin səhiyyə nazirlikləri ilə birlikdə yerli tələbata cavab verən oksigen qurğularının layihələşdirilməsi üzərində iş aparır. Bu, oksigenə ehtiyacı olanların hamısını davamlı şəkildə və kifayət qədər oksigenlə təchiz etməyə imkan verməlidir. Oksigenlə davamlı təchizatın təmin olunması üçün biz bütün hökumətlər, dövlət müəssisələri və özəl tərəfdaşlarla əməkdaşlıq etməyə hazırıq”.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM