Alternative content

03:19 05 Dekabr 2020
ONLINE XƏBƏR LENTİ
00:32 05.12.2020 Əbədiyyət məqamı
00:30 05.12.2020 İlham Əliyevin zəfəri
00:17 05.12.2020 BİLDİRİŞ
00:17 05.12.2020 BİLDİRİŞ
00:17 05.12.2020 BİLDİRİŞ
00:16 05.12.2020 BİLDİRİŞ
00:16 05.12.2020 BİLDİRİŞ
00:16 05.12.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Prezident İlham Əliyev: Türkiyə əsla münaqişəyə cəlb edilməyib, buna dair heç bir sübut yoxdur
Prezident İlham Əliyev: Türkiyə əsla münaqişəyə cəlb edilməyib, buna dair heç bir sübut yoxdur
ANA SƏHİFƏ / SİYASƏT
11:46 24.10.2020
Türkiyə əsla münaqişəyə cəlb edilməyib. Türkiyənin iştirakına dair heç bir sübut yoxdur. Ermənistanın Azərbaycana qarşı hücum həyata keçirdiyi ilk saatlarından Türkiyə, Türkiyənin Prezidenti və digər yüksək səviyyəli rəsmilər Azərbaycana güclü siyasi dəstəyi, beynəlxalq hüququn norma və prinsiplərinə dəstəyi, BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının ərazilərimizdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrinin icrasına dəstəyi ifadə ediblər və ifadə etməyə davam edirlər.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev bunu Fransanın "Le Figaro” qəzetinə müsahibəsində "Türkiyənin müdaxiləsini və Türkiyədən müxalif Suriya döyüşçülərini qəbul etməklə Siz yerli bir münaqişənin regional bir müharibəyə çevrilməsindən qorxmursunuz?” sualına cavabında deyib.

Azərbaycan tərəfində heç bir əcnəbi döyüşçünün olmadığını bildirən dövlətimizin başçısı qeyd edib ki, bu da feyk xəbərdir və bəzi ölkələrin bəzi rəsmiləri tərəfindən yayılıb. "Lakin bu vaxtadək, toqquşmalar başlayandan sonra iyirmi gündən çox bir müddətdə bizə nə Fransadan, nə də Rusiyadan heç bir dəlil təqdim olunmamışdır. Çünki bu bəyanatı Fransa və Rusiya rəsmiləri vermişdir və biz onlardan sübut tələb etmişdik. Biz dəlilləri tələb etmişdik. Yalnız sözlər. Heç bir sübut yoxdur, heç bir dəlil yoxdur”, - deyə Prezident əlavə edib.

Azərbaycanın əcnəbi döyüşçülərə heç bir ehtiyac duymadığını vurğulayan Prezident İlham Əliyev deyib: "Çünki bizim 100 min nəfərdən ibarət nizami ordumuz var. Bizim müasir avadanlığımız var, bizim 30 ildir ki, işğaldan əziyyət çəkən motivasiyalı insanlarımız var. Biz hətta tam səfərbərlik belə elan etməmişik. Bizə döyüşdə əlavə insan lazım olsa, biz daha çoxlarını çağırarıq. Odur ki, bu, Azərbaycanı təcavüzkar kimi təqdim etmək üçün daha bir cəhddir və həmçinin onlara döyüş meydanında qalib gələn Azərbaycan Ordusunun potensialını azaltmaq üçün Ermənistanın cəhdidir”.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


ARXİV


TƏQVİM