Alternative content

03:26 05 Dekabr 2020
ONLINE XƏBƏR LENTİ
00:32 05.12.2020 Əbədiyyət məqamı
00:30 05.12.2020 İlham Əliyevin zəfəri
00:17 05.12.2020 BİLDİRİŞ
00:17 05.12.2020 BİLDİRİŞ
00:17 05.12.2020 BİLDİRİŞ
00:16 05.12.2020 BİLDİRİŞ
00:16 05.12.2020 BİLDİRİŞ
00:16 05.12.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Müzəffər Ali Baş Komandanımız, Şanlı Ordumuz sayəsində arzumuz gerçəkləşir” - Xocavənd sakini
“Müzəffər Ali Baş Komandanımız, Şanlı Ordumuz sayəsində arzumuz gerçəkləşir” - Xocavənd sakini
ANA SƏHİFƏ / CƏMİYYƏT
11:44 24.10.2020

İyirmi səkkiz ildən sonra doğma yurdlarının işğaldan azad olunmasının sevincini Xocavənd rayonunun Günəşli kəndinin sakinləri də yaşayırlar. Günəşli sakinləri indi uzun illərdir həsrətində olduqları kəndlərinə qayıdacaqları günü gözləyirlər.

Sevinc hisslərini AZƏRTAC-ın bölgə müxbiri ilə bölüşən kənd sakini Şakir Balakişiyev Xocavənd rayonunda keçən gənclik illərinin ən gözəl xatirələr kimi yaddaşına həkk olunduğunu deyib: "Kəndimiz işğal olunanda 28 yaşım var idi. Gəncliyim o gözəl yerlərdə keçib. Həmin illər yaddaşımda ən gözəl xatirələrlə qalıb. 28 ildir doğma yurdumuzun həstəri ilə yaşayırıq. Artıq bu həsrətə son qoyulur. Bizim kəndimiz də düşmən tapdağından azad edilib. Uzun illər gözlədiyimiz bu xəbəri eşidəndə bayram elədik. Sevinirəm ki, övladlarımla ata yurduma qayıdacağıq, nəvələrim o torpaqlarda böyüyəcək. Bu sevinci bizə bəxş edən Prezidentimizə minnətdaram".

Ailənin xanımı Nuriyə Balakişiyeva dövlətimizin məcburi köçkünlər üçün yaratdığı şəraitdən razılıqla danışsa da, hər zaman ən böyük istəklərinin doğma yurdlarına qayıtmaq olduğunu bildirib: "Dövlətimiz bizim üçün gözəl şərait yaradıb. Lakin biz hər zaman öz yurdumuza qayıtmaq istəmişik. Bu gün çox sevinirik. Müzəffər Ali Baş Komandanımız, Şanlı Ordumuz sayəsində arzumuz gerçəkləşir. Oğlum da hazırda cəbhədə torpaqlarımızın işğaldan azad olunması uğrunda döyüşlərdədir. Ən böyük arzum odur ki, oğluma doğma kəndimizdə toy edək. Bundan sonrakı həyatımızı kəndimizdə keçirək".

Ailənin qızı Türkanə Sadıqova köçkünlük illərində doğulub. Ata-baba yurdlarını görməsə də, o yerlərə sevgi ruhunda böyüyüb. "Ata yurdumuzu heç zaman görməmişəm, lakin həmişə ora getməyi istəmişəm. Çünki atamın doğulduğu kənd mənim də Vətənimdir. İndi çox sevinirəm, artıq kəndimiz işğaldan azad edilib və biz o yerləri görəcəyik", - deyə o bildirib.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


ARXİV


TƏQVİM