Alternative content

10:10 01 Dekabr 2020
ONLINE XƏBƏR LENTİ
00:31 01.12.2020 ŞUŞANIN BAYRAMI
00:24 01.12.2020 Məmmədbəyli türbəsi
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Nazir Ceyhun Bayramov: Biz hər zaman göstərmişik ki, Azərbaycan tərəfi konstruktivdir
Nazir Ceyhun Bayramov: Biz hər zaman göstərmişik ki, Azərbaycan tərəfi konstruktivdir
ANA SƏHİFƏ / SİYASƏT
09:50 24.10.2020

Rəsmi olaraq ABŞ-ın Dövlət katibi Mayk Pompeonun dəvəti ilə Birləşmiş Ştatlar həmkarlarımla birlikdə səfər etdim. ABŞ-ın Dövlət katibi Mayk Pompeo görüş keçirdim.

Təbii ki, əsas müzakirə mövzusu Ermənistan-Azərbaycan Dağlıq Qarabağ problemi oldu. Hazırda mövcud vəziyyət, problemin həlli yolları ilə bağlı potensial fikir mübadiləsi aparıldı. ABŞ Minsk qrupunda həmsədr ölkələrdən biridir. ABŞ tərəfindən də bu məsələyə olan maraq, vasitəçilik təklifləri və məsələnin həlli istiqamətində addımlar müzakirə edildi. Sonra ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Robert Obrayn, ABŞ-ın Nümayəndələr Palatasının spikeri Nensi Pelosi, ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşlər keçirdim.

Hesab edirəm ki, Azərbaycan reallıqlarının, Azərbaycanın haqlı mövqeyinin qarşı tərəfə çatdırılması, onun ətrafında faydalı müzakirələr həyata keçirilməsi baxımından görüşlərimiz faydalı oldu.

AZƏRTAC xəbər verir ki, bu sözləri Vaşinqtonda jurnalistlərə müsahibəsində Xarici İşlər naziri Ceyhun Bayramov söyləyib. Nazir deyib: "Təbii ki, biz realist olmalıyıq. Otuz illər ərzində yığılmış problemlərin bir görüş zamanı həlli mümkün deyil. Ancaq biz hər zaman göstərmişik ki, Azərbaycan tərəfi konstruktivdir. Azərbaycan tərəfi hər zaman məsələnin siyasi yolla həll olmasının tərəfdarıdır. Azərbaycan tərəfi, zərurət yoxdursa, hərbi əməliyyatların aparılmasını mütləq şərt kimi irəli sürmür. Hesab edirəm ki, bütün bu görüşləri keçirməyə, Azərbaycan həqiqətlərini çatdırmağa həm əsasımız var, həm deməyə sözümüz var. Mövqeyimiz də ədalətlidir. Bu baxımdan bu görüşləri faydalı hesab edirik. Böyük ehtimalla ABŞ Prezidentinə də görüşlər barədə məlumat verilib. Biz bir məsələni də nəzərə almalıyıq. Xüsusi olaraq, dövlətlər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə fikir bildirən zaman biz onu nəzərə almalıyıq ki, bu dövlətlərin bir çoxunda çox ciddi erməni lobbisi var. Erməni lobbisi bu dövlətlərin daxili siyasi prosesinə ciddi təsir edir. Bu dövlətlərin bir çoxunda seçki prosesi həyata keçirilir. Təbii ki, bu məsələlərə xüsusi diqqət verən siyasətçilər bu kimi amilləri, əfsuslar olsun ki, göz önünə gətirirlər. Onların qeyd etdiyi də məhz onlara xoş gəlmək, səslərini qazanmaqdır”.





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM