Alternative content

13:26 28 Noyabr 2020
ONLINE XƏBƏR LENTİ
00:35 28.11.2020 Biz hərb istəmirdik
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Müslüm ucalığı
Müslüm ucalığı
ANA SƏHİFƏ / Mədəniyyət
00:30 24.10.2020


Musiqi mədəniyyətimizdə elə şəxsiyyətlər var ki, onların həyatı əbədiləşərək tarixin bir parçasına çevrilir. Bu insanların ömrü və yaradıcılıq yolları milyonlarla dinləyicinin qəlbinə yol taparaq hər kəsdə yalnız qürur, məhəbbət doğurur. Və onlar özündə böyük bir tarix yaşadır. Belələrinin sənət möcüzəsi həm də xalqa xidmətin simvoluna çevrilir.

Belə şəxsiyyətlərdən biri də korifey sənətkar, dünya şöhrətli müğənni, bəstəkar, pianoçu, SSRİ Xalq artisti Müslüm Maqomayevdir. Unudulmaz ifaçını tarixin zaman pəncərəsindən dəyərləndirdikdə qarşımızda səsinin möcüzəsi ilə Azərbaycan musiqi mədəniyyəti tarixində bütöv bir dövrü formalaşdıran heyrətamiz, qüdrətli sənətkar canlanır. M.Maqomayev ilk növbədə Vətənini böyük məhəbbətlə sevən, harada olmasına baxmayaraq, ona bağlı olan, doğma yurdunun əsl vətəndaşı idi. Bu hiss M.Maqomayevin tək yaradıcılığının deyil, onun yaşam amalının əsas mahiyyətini təşkil edirdi. Müğənninin dünyaya baxışının bünövrəsində də məhz vətən və vətəndaşlıq kimi ali keyfiyyətlər dayanırdı. Bu isə böyük bir zənginlik idi.

M.Maqomayevin yaradıcılığını vətənpərvər ruhlu mahnılarsız təsəvvür etmək mümkün deyil. Belə ki, ifaçının müraciət etdiyi və müəllifi olduğu əsərlər arasında yurduna, torpağına olan məhəbbəti əks etdirən, insanları sülhə səsləyən, yüksək humanizmi təbliğ edən, müharibə ilə bağlı, eləcə də dünyanı sevməyə, onu qorumağa çağıran yetəri qədər mahnıları vardır. Həmin mahnıları yaxından incələdikdə M.Maqomayevin həm də bir dünya vətəndaşı olmasını müəyyən edirik. Sirr deyil, onun adı geniş bir coğrafiyaya yayılmış, milyonların kumirinə çevrilmişdir.

Vətənpərvərlik sanki ifaçının yaradıcılıq simasının digər bir vacib tərəfini özündə əks etdirirdi. Ölməz sənətkarın tərcümeyi-halından da onun dəfələrlə Avropada keçirilən bir çox təşkilatların, eləcə də 1980-ci ildə "İncəsənət xadimləri-sülh uğrunda” cəmiyyətinin konsertində iştirak etməsi məlumdur. O, Berlin şəhərində "Dünya-məhəbbətin vətəni” adlı mahnısını müxtəlif dillərdə səsləndirmiş və bununla sanki bütün insanları sülhə, bəşəriyyəti şər qüvvələrdən qorumağa çağırmışdır. Bu baxımdan mahnı yaradıcılığı görkəmli sənətkar üçün bir tribuna rolunu oynayırdı, desək yanılmarıq. Onun heyrətamiz bariton səsi böyük ustadın içindəki ən sirli arzuları, heyranı olduğu insanların qəlbinin çırpıntılarını ifadə etməyə qadir idi. İnsanlar bu səsə, bu ifaya valeh idilər...

Yaradıcılığı ilə əlaqədar doğma Bakısından kənarda yaşasa da, o, Vətəninə olan sevgisinə daim sadiq qalmışdır. Musiqiçi əsərlərini ilk dəfə Bakıda təşkil olunan konsertlərində təqdim etmişdir. Bu, həm də ifaçının dinləyicisinə olan sevgisinin bariz nümunəsidir. Sənətkarın son mahnısı da Bakı ilə bağlı idi və görkəmli rus şairi S.Yeseninin sözlərinə yazılmışdır. Burada doğma şəhərini yenidən görmək arzusu əks olunmuşdur.

M.Maqomayevin patriotik lirikasının zirvəsini Xalq şairi, Dövlət mükafatları laureatı Nəbi Xəzrinin sözlərinə yazdığı "Baharlı yurdum, Azərbaycan” mahnısı təşkil edirdi. Onun səsi, ifası bənzərsizliyi ilə seçilirdi, mahnını yaradan xalqın bir parçasına çerilirdi. Yaradıcılıq diapazonu geniş idi. Müslüm çalır, oxuyur, bəstələyir, müxtəlif çalarlı obrazlar yaradırdı... Və nəhayət, ifa etdiyi əsərlərə öz möhürünü vururdu.

Azərbaycan eşqi ilə dünyanı fəth edən sənətkarın ölümündən sonra məhəbbəti dillər əzbəri olan mahnılarında yaşayır. Belə ki, musiqi mədəniyyətimizdə "Baharlı yurdum, Azərbaycan” mahnısı kimi ali patriotik hissləri yüksək formada tərənnüm edən ikinci bir əsər yoxdur. Mahnı respublikamızda qeyri-rəsmi himnə çevrilmişdir və dinləyicilər tərəfindən böyük rəğbətlə qarşılanır. "Baharlı yurdum, Azərbaycan” mahnısı azərbaycançılığı, milli və mənəvi dəyərləri, yüksək vətəndaşlıq hissini ifadə edən ən gözəl himndir. Bu əsər dinləyəcilərə "Azərbaycan” adı ilə məlumdur. Mahnı qəlbi daim Vətəni üçün döyünən böyük vətəndaşı bizlərə çatdırmış olur. Əsər 1975-ci ildə bəstələnmiş və M.Maqomayev ilk dəfə olaraq onu Bakıda verdiyi konsertində səsləndirmişdir.

Müslüm Maqomayevin müəllifi olduğu "Söhbət açım öz diyarımdan” adlı məqaləsində ifaçının Azərbaycana olan bağlılığı, Vətən eşqi səmimiliyi ilə ifadə olunmuşdur. Həmin məqalədən kiçik bir hissəni təqdim edək: "İnsana çox vaxt səadət yolçusu da deyirlər. Doğulan gündən qulaqların səs eşidir: səni xoşbəxt olasan. Bəs xoşbəxtlik nədir? Onu uzaqdamı axtarmaq lazımdır, yoxsa yaxındamı? Məncə, səadəti evin içində də tapmaq olar. Düz çörəyi ilə böyüdüyüm xalqın azca da olsa etimadını qazana bilmişəmsə, deməli, xoşbəxtəm. Ona görə xoşbəxtəm ki, doğma Azərbaycanım məni boya-başa çatdırdı, geniş yola çıxartdı. Doğma Bakıdan başlayan bu səadət yolu sərhədləri aşmış, çaylar, dənizlər, okeanlar üzərindən körpü salmış, ölkədən-ölkəyə, qitədən-qitəyə uzanmış, dünyanı dolanaraq yenə də anam Azərbaycanda qərar tutmuşdur... Harda oluramsa-olum, səsim harada ucalırsa-ucalsın, dinləyicilərimin alqışlarını, gül-çiçəklərini daim qəlbimə basacaq və ən şirin bir mahnı kimi deyəcəyəm: -Bunları mənə sən bağışladın, Ana yurdum!”

Bəzi insanlar bu dünyaya hər hansı bir missiyanı yerinə yetirmək üçün göndərilirlər. Onları bəzən Tanrının elçisi də adlandırırlar. Sənətkarın musiqi dolu ömrü sanki bu müqəddəs amalı yerinə yetirmək üçün göndərilmişdi.

Müslüm Maqomayev insanların qəlbində sənəti, istedadı, dünyaya olan məhəbbəti, mükəmməl şəxsiyyəti ilə işıq saçdı və ucaldı.

İlham NƏZƏROV,

Azərbaycan Respublikasının Əməkdar artisti





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM