23 Oktyabr 2020 23:04
493
SİYASƏT
A- A+

Albaniya KİV-ləri bu ölkə ilə Azərbaycan arasında əməkdaşlıqdan yazır


Azərbaycanın Yunanıstandakı və Albaniyadakı səfiri Anar Hüseynov "Albanian Daily News” qəzetinə müsahibə verib. Məlumat çap və elektron variantlarda dərc olunub.

Müsahibədə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə töhfə verən Cənub Qaz Dəhlizinin vacib seqmenti olan TAP layihəsinin Albaniya və Azərbaycan arasında münasibətlərin inkişafında müstəsna rolu qeyd edilib. Enerji sahəsi ilə yanaşı, turizm, kənd təsərrüfatı, qarşılıqlı sərmayə yatırımı, təhsil, mədəniyyət və digər qarşılıqlı maraq kəsb edən sahələrdə əməkdaşlığın geniş potensiala malik olduğu ifadə olunub.

Müsahibədə, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın son təcavüzü barədə məlumat verilib. Bildirilib ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə riayət etməyən Ermənistanın əsas məqsədi işğal rejimini möhkəmləndirməkdir. Azərbaycana qarşı dəfələrlə silahlı və digər provokasiyalar törədən Ermənistanın addımları münaqişənin sülh yolu ilə həlli üçün aparılan danışıqları mənasız edib. Ermənistanın sentyabrın 27-dən etibarən başlayan silahlı təcavüzündən sonra BMT Nizamnaməsinə və beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycan əks-hücum hüququndan istifadə edib. Döyüş meydanında məğlub olan Ermənistan Azərbaycanın ikinci böyük şəhəri Gəncə də daxil olmaqla, əhalinin sıx yaşadığı yaşayış məskənlərinə raket zərbələri endirməyə başlayıb. Nəticədə azı 70 mülki şəxs həlak olub və 300 nəfər yaralanıb. Ermənistan terror fəaliyyəti ilə beynəlxalq humanitar hüquq normalarını kobud şəkildə pozub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video