23 Oktyabr 2020 21:40
560
SİYASƏT
A- A+

Şeyxülislam Allahşükür Paşazadə BMT Baş katibinin müavini və “Vicdana çağırış” Fondunun prezidenti ilə videoformatda görüşüb


Oktyabrın 23-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadənin BMT Baş katibinin müavini, BMT Sivilizasiyalar Alyansının Yüksək Nümayəndəsi Migel Anhel Moratinos ilə videoformatda görüşü baş tutub.

QMİ-nin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Migel Anhel Moratinos Azərbaycan dövlətinin mədəniyyətlərarası və dinlərarası əməkdaşlığın inkişafında, ümumbəşəri dəyərlərin qorunub saxlanılmasında böyük rolunu qeyd edərək, QMİ sədrinə regionun dini lideri olaraq böyük rəğbət bəslədiyini bildirib və onun bu istiqamətdəki səylərini yüksək qiymətləndirib.

Söhbət əsnasında QMİ sədri BMT Baş katibinin müavinini maraqlandıran məsələlər barədə ona məlumat verib.

Qafqaz Müsəlmanları İdarəsinin sədri, eyni zamanda, ABŞ-da yerləşən "Vicdana çağırış” Fondunun prezidenti, ravvin Artur Şnayerlə də videokonfrans formatında görüşüb.

QMİ sədri Allahşükür Paşazadə Artur Şnayerin Azərbaycanda sadiq dost kimi tanındığını vurğulayıb.

Öz növbəsində, ravvin Artur Şnayer Allahşükür Paşazadənin genişmiqyaslı beynəlxalq fəaliyyətini rəğbətlə izlədiyini və ona dinlərarası əlaqələrin inkişafı yolundakı fəaliyyətinə tam dəstək verdiyini dilə gətirib.

Görüş zamanı hər iki tərəfi maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video