23 Oktyabr 2020 21:39
501
SİYASƏT
A- A+

Qondarma kriminal xunta rəhbərinin Putinə məktubu etik normalardan kənardır


Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazilərində yaratdığı qondarma kriminal xuntanın rəhbəri kimi özünü təqdim edən A.Arutunyanın Rusiya Prezidentinə məktubu etik normalardan kənardır.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının rəhbəri Tural Gəncəliyev bildirib. O deyib: "A.Arutunyanın məktubunda tarixi, siyasi və hüquqi faktlar təhrif olunub. A.Arutunyanın Qarabağ məliklikləri haqda iddiaları əsassız və saxtadır. Ona xatırlatmaq istərdim ki, 1805-ci ildə Rusiya ilə Kürəkçay traktatını məhz Qarabağ xanı, azərbaycanlı İbrahimxəlil xan imzalamışdır.

Şuşadan olan məcburi köçkün kimi məni və bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünü Ermənistanın və qondarma rejimin bu ağ yalanları qəti şəkildə hiddətləndirir.

Ermənistan və kriminal xunta 80-ci illərin sonlarında Xankəndidə azərbaycanlılara qarşı qırğınlar törətdilər. 1992-ci ildə Xocalıda qadın və uşaqlar da daxil olmaqla 613 nəfər dinc sakini bir gecənin içində amansızcasına qətlə yetirdilər və Azərbaycan xalqına qarşı soyqırımı həyata keçirdilər. Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf işğal olunmuş rayonlarında, o cümlədən Azərbaycan xalqının mədəni və mənəvi incisi olan Şuşa şəhərində bizə qarşı etnik təmizləmə, insanlıq əleyhinə cinayət əməlləri törədilib.

Azərbaycan xalqının Qarabağda olan zəngin maddi-mədəni irsi dağıdılıb və talan edilib. Hətta Şuşadakı tarixi rus pravoslav kilsəsi erməni vandalizmi və talanından kənarda qalmayıb və daha sonra dəyişdirilərək erməni kilsəsinə çevrilib.

Moskva göz yaşlarına inanmır! Quzu dərisinə girmiş canavar kimi A.Arutunyan və onun kimi quldurların 80-ci illərin sonunda törətdikləri terrorun ilk qurbanları sovet-rus əsgərləri və milis işçiləri olub. 1991-ci ildə azərbaycanlı jurnalist xanım Salatın Əsgərova ilə birgə öldürülən rus zabit və əsgərləri bunun bariz nümunəsidir. Bəlkə sizlərə terror vasitəsilə dəfələrlə öldürməyə çalışdığınız və 1993-cü ildə Şimali Osetiyada qətlə yetirdiyiniz, Əfqanıstan müharibəsini keçmiş Viktor Polyaniçkonu xatırladaq?! 1991-ci ildə Qarakənddə ermənilər tərəfindən vurulmuş vertolyotda Rusiya və Qazaxıstandan olan İqor Plaviski, Saylau Serikov, Sergey İvanov, Nikolay Jinkin, Mixail Lukaşov, Oleq Koçerev, Vladimir Kovalyov kimi yüksək rütbəli zabitlər də qətlə yetirilib. Yoxsa qətlə yetirdiyiniz əksəriyyəti etnik rus olan çoxsaylı SSRİ daxili qoşunlarının zabit və əsgərlərini xatırladaq?!

Qarabağda azərbaycanlılarla yanaşı, bu gün bir nəfər rus, slavyan mənşəli adam qalmayıb, etnik təmizləməyə məruz qalıblar. Bu gün Qarabağdakı erməni əhalisi Ermənistanın və A.Arutunyan kimi kriminal quldurların zülmü altında yaşayır. Xankəndidən seçilmiş millət vəkili kimi Qarabağdan olan ermənilərin mənə ünvanladıqları iztirablı müraciətləri bunu açıq şəkildə göstərir.

Bu müraciətlə A.Arutunyan qatı sorosçu Nikol Paşinyan kimi hər vəchlə Rusiyanı münaqişəyə cəlb etmək istəyir. Ermənistan ərazisindən Azərbaycanın cəbhə zonasından çox uzaqda yerləşən Gəncə, Xızı, Siyəzən, Mingəçevir şəhərlərinin ballistik raketlərlə vurulması da bu məqsədə xidmət edir. Lakin Rusiya Sorosun marioneti olan Paşinyanın bu kimi hiylələrinə uymadı.

Bizim Dağlıq Qarabağda yaşayan erməni əhalisi ilə heç bir problemimiz yoxdur. Biz sentyabrın 27-dən əvvəl də dəfələrlə Dağlıq Qarabağın erməni icmasına sülh və birgə yaşayış üçün dialoq təklif etmişdik. Lakin Ermənistan və qondarma qurum bunu qəbul etmədi, hətta Dağlıq Qarabağın azərbaycanlı icmasının mövcudluğunu belə inkar etdi. Dialoq təklifimiz bu gün - Azərbaycanın öz ərazilərini işğaldan azad etdiyi zamanda da qüvvədədir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, Dağlıq Qarabağın erməni mənşəli icması Azərbaycanın tərkibində azərbaycanlı icması ilə birgə yaşayacaq və ölkənin iqtisadi imkanlarından bəhrələnəcək.

Ermənistan və A.Arutunyan kimi quldurlar sülh istəyirlərsə, onda BMT Təhlükəsizlik Şurasının 822, 854, 874, 884 saylı qətnamələrinə uyğun olaraq işğalçı qoşunlar Azərbaycan ərazilərindən çıxarılmalıdır.

Bir daha Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması olaraq erməni icması ilə ölkəmizin ərazi bütövlüyü çərçivəsində sülh və birgə yaşayışa hazır olduğumuzu bəyan edirəm”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video