Alternative content

13:01 28 Noyabr 2020
ONLINE XƏBƏR LENTİ
00:35 28.11.2020 Biz hərb istəmirdik
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Anar Eyvazov: Ordumuzun zəfər yürüşü davam edir
Anar Eyvazov: Ordumuzun zəfər yürüşü davam edir
ANA SƏHİFƏ / SİYASƏT
21:30 23.10.2020

Oktyabrın 22-si gün ərzində və 23-nə keçən gecə cəbhənin Ağdərə, Füzuli-Hadrut-Cəbrayıl və Qubadlı istiqamətlərində döyüş əməliyyatları davam edib. Düşmən müdafiə mövqelərimizi, o cümlədən Tərtər, Ağdam və Ağcabədi rayonlarının ərazilərini atıcı silahlardan və artilleriya qurğularından atəşə tutub.

AZƏRTAC xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin mətbuat katibi polkovnik-leytenant Anar Eyvazov oktyabrın 23-də Hərbi İnformasiya Mərkəzində keçirilən brifinqdə deyib.

Anar Eyvazov qeyd edib ki, Azərbaycan Ordusunun keçirdiyi əməliyyatlar nəticəsində cəbhənin Füzuli, Cəbrayıl və Qubadlı istiqamətlərində Ermənistan silahlı qüvvələrinə ciddi zərbələr vurulub, düşmənin bir neçə dayaq məntəqəsi dağıdılıb, vacib ərazi və yüksəkliklər azad edilib.

Ağcabədi rayonu və digər istiqamətlərdə uçuş keçirməyə cəhd göstərən düşmənin 3 pilotsuz uçuş aparatı (PUA) Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən məhv edilib, 2-si isə xüsusi texniki vasitələrlə yerə endirilib.

Müdafiə Nazirliyinin mətbuat katibi deyib ki, bütün cəbhəboyu düşmənin əsas ehtiyatlarına, hərbi infrastrukturuna bərpa olunmayan zərər vurulub. Döyüş texnikası, silah və sursat, ərzaq ehtiyatları azalan düşmən artıq qoşunlarını praktiki olaraq idarə edə bilmir. Məlum olub ki, Ermənistanın Tavuş və Sisian rayonlarından Dağlıq Qarabağa gətirilmiş şəxsi heyət də Azərbaycan əsgərləri ilə döyüşlərə girməkdən imtina edir, mövqeləri qoyub qaçır. Döyüş mövqelərini qorumaq üçün nizami ordu bölmələri çatışmadığından onların əvəzinə məcburi şəkildə toplanan mülki insanlar gətirilir. Düşmənin vəziyyəti öz xeyrinə dəyişdirmək cəhdləri də tam olaraq iflasa uğrayıb.

Diqqətə çatdırılıb ki, bu gün Prezident, müzəffər Ali Baş Komandanımız İlham Əliyev özünün rəsmi "Twitter” hesabında qüdrətli Azərbaycan Ordusunun Qubadlı rayonunun Zilanlı, Kürd Mahrızlı, Muğanlı və Alaqurşaq, Xocavənd rayonunun Dolanlar, Bünyadlı, Cəbrayıl rayonunun Dağ Tumas, Nüsüs, Xələfli, Minbaşılı, Veysəlli, Zəngilan rayonunun Vənədli və Mirzəhəsənli kəndlərinin işğaldan azad edildiyini bildirib.

"Hazırda cəbhənin bütün istiqamətlərində döyüşlər gedir. Qoşunlarımız əməliyyat şəraitinə tam nəzarət edir. Ordumuzun zəfər yürüşü davam edir. Qələbə bizimlədir!”, - deyə Anar Eyvazov vurğulayıb.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM