Alternative content

20:49 28 Noyabr 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Britaniyanın Lordlar Palatasının üzvü Gəncənin mülki əhalisinə qarşı törədilən hərbi təcavüzü pisləyən bəyanatla çıxış edib
Britaniyanın Lordlar Palatasının üzvü Gəncənin mülki əhalisinə qarşı törədilən hərbi təcavüzü pisləyən bəyanatla çıxış edib
ANA SƏHİFƏ / SİYASƏT
21:30 23.10.2020

Böyük Britaniyanın Lordlar Palatasının üzvü Lord Kilkluney Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın mülki əhalisinə qarşı törədilən hərbi təcavüzü pisləyən bəyanatla çıxış edib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Lord Kilkluney humanitar məqsədlər üçün atəşkəs elan olunmasına baxmayaraq, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə qəsdən edilən raket hücumu nəticəsində 10 mülki şəxsin həlak olmasını və 34 nəfərin ağır yaralanmasını vəhşilik kimi qiymətləndirib.

Bəyanatda bildirilir ki, bu hadisə münaqişə zonasından uzaq məsafədə, hərbi obyektlərin olmadığı bir şəhərdə törədilib. O, Ermənistanın tərəfindən törədilən hücumların qəti şəkildə qəbuledilməz olduğunu qeyd edib. Eyni zamanda, Ermənistanın Cenevrə Konvensiyasının kobud şəkildə pozulmasını ehtiva edən bu vəhşi hərəkətlərini qınamağa çağırış edib.

Lord Böyük Britaniya hökumətini bu məsələni təcili olaraq Ermənistan hökuməti qarşısında qaldırmağa, işğalçı ölkəni beynəlxalq humanitar hüquqlarla bağlı öhdəliklərinə və atəşkəsə hörmətlə yanaşmağa çağırıb. Lord Kilkluney Böyük Britaniyanın Bakıdakı səfirindən də Gəncədə baş verən hadisələrə diqqətlə yanaşmasını xahiş edib.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM