Alternative content

09:22 01 Dekabr 2020
ONLINE XƏBƏR LENTİ
00:31 01.12.2020 ŞUŞANIN BAYRAMI
00:24 01.12.2020 Məmmədbəyli türbəsi
00:21 01.12.2020 Ağdam Çörək Muzeyi
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Əlcəzair və Misir mediası Gəncə terrorundan yazıb
Əlcəzair və Misir mediası Gəncə terrorundan yazıb
ANA SƏHİFƏ / SİYASƏT
21:28 23.10.2020

Jurnalist Əli Zülfüqaroğlunun və diaspor üzrə tədqiqatçı ekspert Elnur Eltürkün həmmüəllifliyi ilə Əlcəzair və Misir mətbuatında Ermənistanın Gəncədə törətdiyi terror aktları ilə bağlı yazı dərc olunub.

AZƏRTAC xəbər verir ki, "Ermənistan Azərbaycanda mülki əhaliyə raket zərbələri endirir” sərlövhəsi və "Gəncədə törədilən terror aktı uşaqların həyatına son qoydu” yarımbaşlığı ilə dərc olunan məqalədə erməni vandalizmindən söhbət açılır.

Yazıda qeyd olunub: "Bu gün Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Qarabağ bölgəsində toqquşmalar davam edir. Ermənistan Azərbaycan torpaqlarının 20 faizindən çoxunu işğal altında saxlamasına baxmayaraq, yenə də Azərbaycana qarşı hücumlara başladı. Ermənistanın otuz ilə yaxın müddətdə işğal altında saxladığı torpaqlardan çəkilməsi üçün Azərbaycanın sülh yolu ilə diplomatik səy göstərdiyi halda, Yerevan daim qeyri-konstruktiv mövqe sərgiləyərək təxribatlarını davam etdirdi və sülh danışıqlarını pozdu. Yenidən Azərbaycan ərazilərinə, xüsusilə də mülki əhalinin yaşadığı və hərbi birləşmələrin olmadığı yerlərə ağır silahlardan atəş açmağa başladı”.

Məqalədə Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını qeyd-şərtsiz boşaltması ilə bağlı BMT-nin qətnamələri, Gəncədə Ermənistan silahlı qüvvələrinin törətdiyi terror aktları, həyatını itirən mülki şəxslər barədə məlumat yer alıb.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM