Alternative content

09:31 01 Dekabr 2020
ONLINE XƏBƏR LENTİ
00:31 01.12.2020 ŞUŞANIN BAYRAMI
00:24 01.12.2020 Məmmədbəyli türbəsi
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Rumıniya Universitetində Dağlıq Qarabağdakı vəziyyət mövzusunda tədbir keçirilib
Rumıniya Universitetində Dağlıq Qarabağdakı vəziyyət mövzusunda tədbir keçirilib
ANA SƏHİFƏ / CƏMİYYƏT
18:08 23.10.2020
 
Rumıniyanın Aleksandr İoano Kuza Universitetində Dağlıq Qarabağdakı vəziyyət mövzusunda görüş keçirilib. Azərbaycan multikulturalizmi kursu çərçivəsində baş tutan görüşdə universitetin professorları, müəllim və tələbə heyəti iştirak edib.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Rumıniyanın Aleksandr İoano Kuza Universitetində Azərbaycan multikulturalizmi fənnini tədris edən professor Lüdmila Bejenaru universitet rəhbərliyinə və tələbələrə Azərbaycandakı mövcud vəziyyət, eləcə də sentyabrın 27-dən ölkəmizdə davam edən müharibə, işğal olunmuş torpaqlarımız və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verib.

Sonra son günlər Dağlıq Qarabağda yaşananlar görüş iştirakçıları tərəfindən müzakirə olunub. Çıxış edənlər Dağlıq Qarabağdakı mövcud vəziyyətlə bağlı Azərbaycanın ağrısına şərik olduqlarını, eyni zamanda, ölkəmizin mövqeyini və ərazi bütövlüyünü dəstəklədiklərini vurğulayıblar.

Görüş iştirakçıların sülh və əmin-amanlıq diləkləri ilə yekunlaşıb.

Qeyd edək ki, Rumıniyanın Aleksandr İoano Kuza Universitetində Azərbaycan multikulturalizmi fənni Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə universitet arasında 2019-cu ilin mayında əldə edilən razılaşma əsasında tədris olunur.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM