23 Oktyabr 2020 17:55
406
SİYASƏT
A- A+

Milli Məclisin Sədri Türkiyənin TV24 telekanalına müsahibə verib


Milli Məclisin Sədri Sahibə Qafarova Türkiyənin TV24 televiziya kanalına müsahibə verib.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, müsahibədə Milli Məclisin Sədri Türkiyənin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində danışıqlar masasında olmasının vacibliyindən danışıb. Bildirib ki, Türkiyə bu gün dünyada sözünü birbaşa söyləyə bilən və sözü keçən bir neçə ölkədən biridir. Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Azərbaycana dəstəyini yüksək səslə dilə gətirir.

Sədr qeyd edib ki, ATƏT-in Minsk qrupu vasitəçilik missiyasını yerinə yetirə bilməyib. Təxminən 30 ilə yaxın bir müddət ərzində Azərbaycana çox ümidlər verilsə də, Minsk qrupunun fəaliyyəti heç bir nəticə verməyib və Ermənistanın işğalçı ordusunu torpaqlarımızdan çəkməyiblər. İndi isə Azərbaycan Ordusu özü işğalçını öz torpaqlarımızdan çıxarır.

Spiker deyib ki, biz Türkiyəyə güvənirik. Bundan sonra formatın adı nə olursa, olsun – Minsk qrupu da ola bilər, başqa ad da ola bilər, heç fərq etməz – amma Prezident İlham Əliyevin də dediyi kimi, Türkiyə mütləq masada olmalıdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video