Alternative content

03:14 05 Dekabr 2020
ONLINE XƏBƏR LENTİ
00:32 05.12.2020 Əbədiyyət məqamı
00:30 05.12.2020 İlham Əliyevin zəfəri
00:17 05.12.2020 BİLDİRİŞ
00:17 05.12.2020 BİLDİRİŞ
00:17 05.12.2020 BİLDİRİŞ
00:16 05.12.2020 BİLDİRİŞ
00:16 05.12.2020 BİLDİRİŞ
00:16 05.12.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Əsgərə məktub
Əsgərə məktub
ANA SƏHİFƏ / CƏMİYYƏT
01:03 23.10.2020

Zəfərin mübarək!

Salam, Əsgər!

Sənə əziz balam deyə bilərəmmi?! Bilirsənmi niyə soruşuram? Mən həyatda ana ola bilmədim, amma ürəyimdən Sənə əziz balam demək keçir. Sənə görə bir ana kimi narahatlıq hissi duyuram, salamatlığın üçün gecə-gündüz Yaradanımıza əl açıb yalvarıram. Sənə görə bir ana kimi qürur hissi keçirirəm, əsgər balam!

Mənim kimi minlərlə azərbaycanlı qadınlarını düşməndən qoruyan, təəssübümüzü, qeyrətimizi çəkənə namuslu övlad deyilməzmi? İndi Azərbaycan əsgəri deyəndə köksüm iftixar hissi ilə dolur. Hərəniz bir igid, bir qəhrəmansınız. Neçə gündür davam edən Vətən müharibəsində düşmənə qan uddurmağınız illərdir ki bu qəddarların, vandalların bizə çəkdirdiyi zülmlərin acısına dərmandır.

Əziz Əsgər, birinci Qarabağ savaşında sənin atan, baban da müharibə başlanan gündən düşmənə qarşı döyüşə atıldı. O qədər cəsarətli idilər ki, bəzən avtomat silahla düşmən tanklarının qarşısına çıxırdılar. Ailəmizdən də ana Vətəni canı-qanı ilə qoruyan üç əsgər qardaşım olub. Üçü də Qarabağ əlilidir. Amma çox heyif ki, o zaman ordumuz hələ təcrübəsiz, nizamsız, silah-sursatsız idi. Düşmənimiz isə ağalarının, himayədarlarının həm silahlarından, həm də peşəkar hərbçilərindən istifadə edirdi.

Bu gün qisas, intiqam günüdür! İllərdir gözlədiyimiz günün gəlib çatdığı məqamdır, Əsgər! İndi hər biriniz bir Mübarizsiniz! Bu, ən gözəl örnəkdi! Öldürün düşməni, azad edin illərdir fəryad çəkən iniltili torpaqlarımızı... Sağ-salamat geri dönün, axı siz bizim sabahımıza da lazımsınız! Analar oğul toyu görmək, övladlar ata nəvazişi ilə böyümək, gəlinlər də xoşbəxt olmaq istəyirlər.

Allaha əmanət ol, Əsgər balam!

Zəkurə QULİYEVA





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


ARXİV


TƏQVİM