Alternative content

15:25 25 Noyabr 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İşğaldan azad edilmiş ərazilərdə infrastrukturun bərpasına start verildi
İşğaldan azad edilmiş ərazilərdə infrastrukturun bərpasına start verildi
ANA SƏHİFƏ / İQTİSADİYYAT
01:02 23.10.2020


Prezident İlham Əliyev: "Tezliklə o yerlərə qayıdacağıq, bütün kəndləri yenidən quracağıq”


Müzəffər Azərbaycan Ordusu şərəfli missiyanın öhdəsindən layiqincə gələrək işğal altında olan şəhərlərimizi və kəndlərimizi bir-birinin ardınca yağı tapdağından azad edir. İndi bu yerlərdə erməni faşizminin təzahürləri əyani görünür.

Erməni vandalları yaşayış məntəqələrimizdəki binaları uçurmuş, mədəni və tarixi abidələrimizi, məscidlərimizi, əcdadlarımızın, əzizlərimizin qəbirlərini dağıtmışlar. Təbii resurslarımızı daşıyıb aparmış, oğurluq, talançılıq etmişlər. Laçının, Kəlbəcərin, Cəbrayılın və digər rayonların bir sıra kəndlərində tikdiyimiz evlərə soxulub yaşamış, çox böyük səhv edərək düşünmüşlər ki, buralarda həmişəlik məskunlaşıblar.

Artıq bütün dünya görür ki, Azərbaycan xalqı necə mənfur bir düşmənlə qonşudur, öz yurdunu, ata-baba torpaqlarını necə acgöz bir yırtıcıdan azad edir. Burada hər daş, hər ağac sanki dil açıb işğalçının faşist xislətindən danışır. Odur ki, dağıdılmış yaşayış məntəqələrinin tək birinin vəziyyətinə baxmaq kifayətdir. Məsələn, Füzuli şəhərinin.

"Füzuli şəhəri deyəndə, əlbəttə, biz hamımız bilməliyik ki, şəhərdən bir şey qalmayıb, əsər-əlamət qalmayıb, bir dənə də salamat bina qalmayıb. Çünki otuz il ərzində o vəhşilərin əlində idi, yırtıcı heyvanların əlində idi, çaqqalların əlində idi. Bütün binalar sökülüb, dini abidələrimiz sökülüb, hər şey talan edilib, evlərin dam örtükləri, pəncərələri, əşyaları, hər şey. Sanki vəhşi bir qəbilə bu şəhəri zəbt etmişdir”. Prezident, Ali Baş Komandan İlham Əliyev ordumuzun işğaldan azad etdiyi Füzuli şəhərinin bugünkü görkəmi barədə xalqa məlumat verərkən belə demişdir.

Lakin istər Füzuli, istərsə də işğaldan azad olmuş digər yaşayış məntəqələrimiz bu görkəmdə qalmayacaq. Dövlət başçısının dediyi kimi, biz tezliklə o yerlərə qayıdacağıq. Bütün kəndləri yenidən quracağıq, abadlaşdıracağıq. O kəndlərə həyat qayıdacaq. Vaxtilə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Füzulinin 22 kəndi sırasında işğaldan azad etdiyi Horadiz qəsəbəsi kimi. İndi Horadiz abad, müasir şəhərə çevrilib.

30 illik uzunmüddətli ayrılıq Qarabağ camaatının yurd həsrətini ovuda bilməyib. Odur ki, hər kəs dərin sevgi və böyük coşqu ilə öz el-obasına qovuşacaq. Məcburi köçkünlərimiz bütün bu illər ərzində bir arzu ilə yaşayıblar - onlar üçün rahat mənzil-məişət şəraiti yaradılmasına baxmayaraq, öz doğulduqları, məskən saldıqları, ev-eşik qurduqları doğma yerlərə qayıtmaq arzusu ilə.

Prezidentimizin dediyi kimi: "Öz doğma dədə-baba torpaqlarını görməyən, işğaldan sonra dünyaya göz açan hər bir azərbaycanlı bir arzu ilə yaşayıb ki, doğma dədə-baba torpaqlarına qayıtsın. Biz bunu Cocuq Mərcanlının timsalında gördük. İşğaldan sonra doğulmuş gənclər, onların hər biri Cocuq Mərcanlıya qayıtmaq arzusu ilə yaşayıb və qayıdıbdır. Əminəm ki, bu gün işğalçılardan azad edilmiş bütün torpaqlara Azərbaycan vətəndaşları qayıdacaqlar. O torpaqlarda yaşayacaqlar, sülh, əmin-amanlıq şəraitində yenə də qurub-yaradacaqlar”.

Azərbaycan dövləti Cocuq Mərcanlı kəndi kimi, işğaldan azad etdiyi digər yaşayış məntəqələrini də cənnətməkana çevirməyə qadirdir. Fərəhli haldır ki, artıq infrastrukturun bərpasına başlanmışdır. Prezident İlham Əliyevin tapşırığına əsasən, Tərtər rayonunun düşmən tapdağından azad edilmiş Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yolları bərpa edilir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin verdiyi məlumata görə, ümumi uzunluğu 29 kilometr olan avtomobil yollarının bərpası üçün hazırlıq işlərinə start verilmişdir.

"Azərenerji” ASC isə işğaldan azad edilmis və ediləcək rayonlarımızda yeni 110 kilovoltluq sistem əhəmiyyətli yarımstansiyaların tikilməsi və quraşdırılması, ikidövrəli yüksək gərginlikli 110 kilovoltluq elektrik xətlərinin çəkilməsi ilə bağlı layihələndirmə işini tamamlamaqdadır. ASC-dən bildirilib ki, ilkin olaraq Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının hər birində 110 kilovoltluq sistem əhəmiyyətli 4 yarımstansiyanın tikilməsi və onların arasında 110 kilovoltluq elektrik verilişi xətlərinin çəkilməsi nəzərdə tutulub.

Paralel olaraq "Azərişıq” ASC də 35 kilovoltluq yarımstansiyaların tikilməsi ilə bağlı əlaqəli layihələndirmə işləri aparır. Tikiləcək yarımstansiya və xətlər üçün avadanlıqlarla təchizat və başqa sahələr üzrə işlər görülür. Yarımstansiyalarda, o cümlədən yüksək gərginlikli xətlərdə işlərin ilkin olaraq sürətlə görülməsi və bundan sonra şəhərsalma işləri aparılan zaman paylayıcı elektrik şəbəkəsinin yaradılması planlaşdırılır. Ümumilikdə sözügedən 4 rayondan başqa, işğaldan azad ediləcək bütün ərazilərimizdəki bölgələrin elektrik enerji təchizatının qurulması və mövcudların yenilənməsi üçün layihələndirilmə işləri sürətli şəkildə aparılır.

Beləliklə, işğaldan azad edilən rayonlarımızda tezliklə öz işığımız yanacaq. Hazırda "Azərenerji” və "Azərişıq” bütün personalı ilə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin "işə başlayın” əmrini gözləyirlər.

"Bütün şəhərlərimiz, kəndlərimiz bərpa ediləcəkdir. Biz Böyük Qayıdış astanasındayıq və Azərbaycan dövləti əlindən gələni edəcək ki, Azərbaycan vətəndaşları işğal olunmuş və azad edilmiş torpaqlara qayıdaraq rahat yaşasınlar, əmin-amanlıq şəraitində yaşasınlar və bu torpaqlarda həyat canlanacaq”, -deyir dövlət başçısı.

O gün uzaqda deyil. Çox keçməyəcək ki, uzun illərdir sakinlərinin yolunu gözləyən yurd yerlərimizidə evlər tikiləcək, toylar çalınacaq, körpələr dünyaya gələcək. Məsçidlərdən azan səsi gələcək. İnsanlar ulularının qəbirlərini ziyarət edib qəlb rahatlığı tapacaq. Dövlətin dəstəyi və qayğısı ilə ellərimiz-obalarımız torpağı əkib-becərəcək, gülüstana çevirəcək, hər yanda qurub-yaradacaq.

Flora SADIQLI,

"Azərbaycan”





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM